Gönderi

Gecə saat neçədi heç bilmirəm. Sadəcə bilirəm ki, bir çoxları yatıb indi. Bir oyaqdı yazışan sevgililər, dərsini çatdırmağa çalışan tələbələr, bir mən, hə, bir də Allah. Skamyada oturmuş, dənizin dalğalanmağını dinləyirəm. Bu səs hüzur vericidir. Çox sevirəm bu səsi. Birdən yanımda balaca bir uşaq peyda oldu. Çox qəribəydi. Balacanın 5 yaşı olardı, ya da 4. Bilmirəm. Geyimi də qəribə. Başdan-ayağa ağ geymiş, özü də klassik geyimdə. Fikirləşdim ki, bu yaşda bu geyim? Qəhvəyi saçları səliqəylə daranmış, qəhvəyi gözləri dünyanın bütün sirlərindən haliymiş kimi baxırdı. Ən qəribəsi bu qaranlıqda onu tam aydın görməyimdir. Sifəti hələ də yadımdadır. Əlimi uzadıb onu tutmağa, ondan burda nə işi olduğunu soruşmaq istədiyimdə isə uşaq dəhşətli bir sifət ifadəsi aldı və uzaqlaşdı məndən. Başımı qaldırıb ona baxdım. Qaçdı və birdən məndən 10-15 addım uzaqlıqda yaranan bir qadının yanında dayandı. Qadının dizinə qədər idi boyu balacanın. Mənim nəyimdən qorxdu axı belə? Nə var məndə? Əllərimə baxdım. Sol qolumda kəməri qara, metalı və içi ağ qol saatı, ortancı barmağımda üzük vardı. Sağ əlimdə isə işarə barmağımda bir üzük vardı. Biləyim boş idi. Fikirləşdim bura da bir gümüşü rəngli qolbaq alsam, əla olacaq. Amma birdən diqqətimi çəkdi əllərim. Kobud, böyük və dırnağının dibində qan izinə bənzər nə isə varıydı. Fikirləşdim, uşaq bu əllərdən qorxmaz. Başqa nəysə varıydı. Çıxardım telefonu. Açdım kameranı. Bu telefon da gecə gözəl çəkirmiş. Elə bil gündüzdü. Başda heç nə diqqətimi çəkmədi. Həmişə arxaya atdığım uzun qəhvəyi saçlarım, qəhvəyi gözlərim həmişəki kimiydi. Dəyişən heç nə yox... idi... bir dəqiqə.... Bu nədir? Mənim gözlərimin altı niyə belə qaradır? Bu yanağımdakı cırmaq izləri haradan gəldi? Sifətimə bu qan hardan sıçrayıb? Başımı qaldırdım, uşaq hələ də mənə baxır. Getdikcə daha çox qorxur. Çox tanışdı bu uşaq. Sanki görmüşəm bu balacanı. Birdən səs gəldi: - Yooxx, eləmə, nə olar eləmə, yox, yox, yox, nə olar insaf elə mənə. Öldürmə, nə olar öldürmə, yooox! Bıçaq girəndə qopan başın səsi və qan fışqırtısı səsi gəldi. Qəribəydi, bu səslər də tanışdı. Həə. Yadıma düşdü. Bu bayaq öldürdüyüm gənc qızın sözləridir. Yeriyişi xoşuma gəlmədi deyə qaçırdım, çox da yaxşıca döydüm. Düşündüm, sifəti gözəldi. Evdə saxlamaq olar. Başını kəsdim. Üzüklərim də keçənlərdə öldürdüyüm qocanın idi, mən də deyirəm axı mən üzük-zad almamışam. Məni itələmiş, söymüşdü qoca kaftar. Qabırğalarını qırıb, sinəsini açıb sinəsindən ürəyini sökmüşdüm. Yadıma gəlir, evdə bankaya qoymuşdum deyəsən. Xüsusi də məhlul hazırladım ki, çürüməsin. Saat da bir cavan oğlanındı. Onu da elə öldürdüm ki, günah qardaşına qaldı. İndi bir qardaş qəbirdə, biri türmədə, yazıq ata-ana. Oğlanın yasına gedəndə öyrəndim, atası ürək xəstəsiymiş. Ah yazıq, buna necə dözəcək? Aydaa qolbaq. Gələn dəfə öldürəcəyim adamda diqqət edəcəyim bir şey də qolbağı olacaq. Görüm nə tapıram. Hehehe. Birdən fikirlərim dondu. Qorxdum, bağırdım. Nə? Nə? Nə? Nə? Nə? Nə? Nə? Nə?????? Bir dəqiqə! Mən bayaq nə səfehləyirdim? Mən nə danışıram? Nə öldürmək, nə qız, nə qolbaq-saatı? Tez kameranı tezdən açdım. Telefon... Bu mənim deyil. Mənim belə bahalı telefonum yox idi, bu hardan gəldi? Mesaj vardı ekranda. Kimsə 60-dan çox mesaj yazmış, 40-dan çox zəng vurmuşdu. Adı "əzizimm" yazılmışdı. Telefonun arxasına diqqətlə baxdım, qız şəkli vardı. Bayaq bağıran qız... Evə qaçdım, səhər açılırdı artıq. Evin qapısını açanda evdən çox pis iy gəldi. Bir otaq idi evim, koridordan keçib əsas otağın qapısını açan kimi hər şeyi görürdün. Qapını açıb içəri addım atanda açar əlimdən düşdü, dəhşətə gəldim, dizlərim üstə çökdüm. Qadın və uşaq başları, insan əlləri, it və pişik leşləri, müxtəlif orqanlar bütün şkaflarımın üstündəydi. Bunlar... bunları mən eləmişəm? Yenə o uşaq. Ağ paltarlı, gözəl uşaq. Bu uşaq tanış gəlir mənə. Mənə baxır və ağzını açmadan: -Sən yaxşı deyilsən! Mütləq kömək almalısan. Nə olar, yığ polisə, təslim ol! Polis qollarımı qandallamış, aparırdı. Qollarıma baxdım. Boş olan biləyimdə duran qandal qoluna yaraşmışdı. Fikirləşdim ki, türmədən çıxanda belə bir qolbağı almalıyam. Tibb tələbəsiymişəm, ümumi cərrah. Ordan bilirmişəm orqanların yerini filan. Nəysə. İndi də bir oyun oynayıram. Bir güllə var silahın içində. Beynimə silahı dayamışam. Tətiyi çəkirəm. "Çınq". Boş olan gəldi. Hə, bir şeyi unutdum. "Çınq". O balaca uşaq mənim kiçikliyimmiş. "Çınq". Şəkillərimi tapdım, ordan öyrəndim. "Pat". Güllə səsi hər tərəfə yayılır. Çənəyə dirənən soyuq silahdan açılan güllə tavanda qanlı çiçəklər rəsm edir. Və qəzetlərdə, xəbərlərdə bir xəbər: - 22 yaşlı, bir çox şəxsi öldürməkdə təqsirli bilinən, şizofrenik olduğu təsbit olunmuş şəxs, dünən gecə radələrində türmədən qaçaraq evinə gəlmiş və burda özünü çənəsindən güllələyərək intihar etmişdir. İstintaq davam edir.
·
2 plus 1
·
369 views
Möcüzə okurunun profil resmi
Hekayənin yarısından sonrasını oxuyana qədər inanmışdım e🥲, ( qan, adam öldürməyi falan oxuyanda ciddi ciddi eləbildim həqiqidir, öz özümə dedim bunu niyə tutmurlar, necə azadlıqda gəzə bilir belə, hələ üstəlik burdada yazır)
Aqil Adilli okurunun profil resmi
Möcüzə
Möcüzə
bu mesajı cəhənnəmdən yazıram, çalışın mənim kimi adam öldürməyin, axırı çox pisdi😅
7 next answer
Jalə İslam okurunun profil resmi
Maraqlıdır. Bir az fikirlərinizi daha rəngarəng cümlələr ilə ifadə etməyi bacarsanız əla olacaq.
Aqil Adilli okurunun profil resmi
Təşəkkürlər, tövsiyənizi dəyərləndirəcəm
hayatınışekillendirmeyeçalışanbiri okurunun profil resmi
ümumiyyətlə, nəsə oxuyanda özümü əksər hallarda baş qəhrəmanın yerinə qoyuram. Burada da belə oldu. şizofrenəm deməli. əslində hansı birimiz deyilik ki? bir cümlə oxumuşdum "Əslində hamı dəlidir, sadəcə, palatalarımız fərqlidir."
Aqil Adilli okurunun profil resmi
Fərqli bir baxış prizması
Nurcanizm okurunun profil resmi
Tüklərim biz biz oldu.. Qələminizə sağlıq👏🏻🤍
Aqil Adilli okurunun profil resmi
Təşəkkürlər
Gurbanova okurunun profil resmi
Çox maraqlıdır.Hər hansı kitabdandır yoxsa?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.