Gönderi

331 syf.
·
Not rated
·
Read in 11 days
Körlük
Körlük
José Saramago
José Saramago
Hər kəsə salam, Haqqında uzun müddətdi eşitdiyim və oxunacaq siyahımda olan kitablardan biri. Əsərin motivləri əsasında film belə çəkilib. Və düşünürəm ki, mütləq oxunmalı əsərlərdən hesab olunmalı. Hər şey bir nəfərin avtomobilində işıqforda dayanarkən anidən kor olması ilə başlayır. Amma bu korluq “bəyaz” korluqdur. Tədricən çox qısa zamanda hər kəsə yayılmağa başlayır, bir-birilə təmasda olan hər kəs korluğa məhkum olur. Dövlət “insanlığı” qorumaqçün kor olanları və olarla təmasda olanları karantinə alır. Və əsas hadisələr də məhz bu dönəmdə yaşayır. Sadəcə bir nəfər, bir qadın, hər nə qədər korlarla təmasda olsa da, görmə qabiliyyətini itirmir və həyat yoldaşını tərk buraxmamaq üçün “kor” oyunu oynayır və karantinə qatılır. Karantin dövründə insanların necə dəhşətli məxluqlara çevrildiyi, çörəyə görə, yaşamaq uğrunda nələrə əl ata biləcəyi çox ustaca əks olunur. Anidən korlaşma kimi əsərində sonunda sağ qalan hər kəs anidən görməyə başlayır. Əsərin sonunda isə çox gözəl fikir səslənir: “Əslində hamımız əvvəldən korduq” 20 yaş üzəri olanlara oxumağı tövsiyyə edirəm.
Körlük
KörlükJosé Saramago · Kırmızı Kedi · 2022105k okunma
·
78 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.