Dinlə sözlərimi, yaxşı qulaq as
İnsan bu dünyada qonaqdır, qızım.
Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər
Bu gün var, sabah yox, sınaqdır, qızım.
Ətrafa boylanıb bir göz gəzdirsən,
Nə qədər hikmətlər, sirlər görərsən.
Toxum səp, meyvəsin mütləq dərərsən
Zəhmətin bəhrəsi dadlıdır, qızım.
Sadə ol, sadəlik ucaldar səni,
Gözəl duyğularla bəslə