Gönderi

Şəkil
Aqşin Yenisey
Aqşin Yenisey
Evdə təkəm, şəkilinə baxıram Zəng eləyir arvadımın xalası... Yağış yağır çəkdirdiyin şəkildə Bir it də var, arsız həyət tulası Yağış yağır çəkdirdiyin şəkildə Hətta bir az külək əsir, sazaqlı Sol yanında hüzünlü bir uzaq var Şəkillərdə yaxşı düşür uzaqlıq Bir kişi də keçir arxa tərəfdən Heç baxmırsan, gözün elə məndədir Həyata bax, necə gözəl yalandı Gecə keçir, ömür qalır, gün gedir O kişidən mənim gözüm su içmir O kişini tanımırıq sən, ya mən. O kişini evdən qova bilmirəm Neçə ildir, bizdə qalır şəkilnən Gecə hərdən hürür həyət tulası - Ay it! Ay it! Çımxırıram şəkilə Bu şəkildə özündən də gözəlsən Necə edim bu şəkilə çəkiləm? Bir uşaq da bərk-bərk tutub əlindən Sağın uşaq, sol tərəfin uzaqlıq Mən bilirəm, şəkillərə çəkilib Qocalıqdan daldalanır uşaqlıq Bilirəm ki, yorulmusan şəkildə Necə alım əlindəki səbəti Necə öpüm yanındakı uşağı Necə qovum o kişini, o iti Necə qovum, kişi bəlkə ərindir Uşaq sizin, it də evin tulası Evdə təkəm, şəkilinə baxıram Zəng eləyir arvadımın xalası.
·
119 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.