Gönderi

192 syf.
10/10 puan verdi
·
Beğendi
·
28 saatte okudu
Manipulyasiya haqqında bir çox təməl, əsas bilgiləri qazanmaq üçün oxuya bilərsiniz. Kitabda "gaslighting", "love bombing" və.s kimi manipulyasiya növlərindən danışılır. Ən maraqlı məqam isə ən sevdiklərimizin belə şüurlu olmadan bizi manipulyasiya etmələridir. Bəzən deyilən cümlələrin bizim xeyrimizə olduğumuzu düşünsək də, o cümlənin altında yatan əsl mənası beynimizə yazılır. Məsələn, "sən tez xəstələnənsən, əynini qalın geyin" cümləsi manipulativ cümlədir. Yaxşı səslənir, elə deyilmi? Amma beynimizə bu cür yaxşı yazılmır. Özümüzü tez xəstələnən, tez-tez pis hiss edən, xəstə olan biri kimi beynimizə kodlayırıq. Görün, gün ərzində bu cür nə qədər manipulativ sözlərlə rastlaşırıq... Ona görə bu kitabı oxuyandan sonra özümə yenidən dönüb baxdım, insanların mənim haqqındakı fikirləri həqiqətən məni əks etdirirdimi, yoxsa hamısı sadəcə onların fikri idi? Hər birinizə tövsiyə edirəm, sizi çox təsirləndirəcək...
Seni Yoran Her Şeyi Bırak - Duygusal Manipülasyondan Kurtulma ve Korunma Metotları
Seni Yoran Her Şeyi Bırak - Duygusal Manipülasyondan Kurtulma ve Korunma MetotlarıMüthiş Psikoloji · Destek Yayınları · 20223,502 okunma
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.