OXUYUN! OXUTDURUN! (SPOİ VAR)
10/10
·336 syf.··
Beğendi
·
2024 30. kitabı
·
4 günde okudu
·
Okunma: 27 Mayıs 2024 23:35
Bir kitab bundan artıq necə mükəmməl ola bilər? Marc Levy getdikcə ən sevimli yazarım olmağa daha da yaxınlaşır. Kitab nevraloji elmi üzrə təhsil alan üç gəncdən bəhs edir. Onlardan birinin yəni Hop obrazının beyin xərçənginə tutulması gəncləri daha önəmli və daha çətin addımlar atmağa sövq edir. Kitabı oxuduqca kitabda baş verən elmi kəşfin realda mümkün olduğunu təsəvvür etdim. Bu sayədə nələr ola biləcəyini düşündüm. Bir insanın yaddaşının digər ölmüş bir insanın bədənində yenidən canlanması. Bunların hamısının real həyatda bir gün olacağını xəyal etdim. Coşla Hopun üfüqün əks tərəfində yenidən qovuşması.. Yeni bədəndə ama eyni hisslərlə, eyni keşmişlə. Kitabın sonlarına yaxın əslində kitabın üzündəki Mayak və Oyuncaq təyyarənin anlamını daha yaxşı anladım. Həm elmi faktlar həm də gələcəkdə mümkün olması ehtimal olunan elmi kəşflərdən də bəhs olundu. Kitabda tək texniki səhf kitabın əvvəllərində adların qarışdırılmağı idi ki bu da çox güman adların bir birinə oxşamasından irəli gəlir. Bir sözlə, Kitab mütləq rəfdə durması vacib olan kitablardan biridir fikrimcə..
1K
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
·
91 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.