Puan vermedi·272 syf.····Okunma: 29 Mayıs 2024 15:09 𝙶ö𝚣ə𝚕𝚕𝚒𝚢𝚒𝚗𝚒𝚣 üçü𝚗 𝚛𝚞𝚑𝚞𝚗𝚞𝚣𝚞 𝚚𝚞𝚛𝚋𝚊𝚗 𝚟𝚎𝚛ə𝚛𝚍𝚒𝚗𝚒𝚣𝚖𝚒?
Yəqin ki, narsisizm haqqında eşitmisiniz. Narsisizm — özlərinin "xüsusi" və ya "seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir.
Yunan mifologiyasından qaynaqlanan bu anlayışın əsasında təsirli bir əfsanə dayanır.
Narsiss, daha dəqiq desək, Narkiss yunan mifologiyasında çay tanrısı Kefis və nimfa Lavrionanın oğludur.
Narsiss gözəlliyi ilə bütün qızları özünə aşiq edən bir gəncdir. 15 yaşında olanda dağ nimfası Exo (bəzi mənbələrdə gənc Aminiy) onu görür və aşiq olur. Yaraşıqlı, amma bir o qədər də soyuqqanlı və qürurlu Narsiss bu eşqi rədd edir. Exo bu qarşılıqsız sevgiyə və rədd cavabına dözməyib ölür.
Olimp tanrıları Narsissi cəzalandırmaq qərarına gəlir və onu lənətləyirlər. Ov sırasında Narsiss çayda özünü görür və simasına vurulur. Öz əksinə baxmaqdan qopa bilmir, aclıqdan və əziyyətdən ölür. Başqa bir versiyada isə çaya atılır və boğulur. Onun cəsədi üçün gələn nimfalar həmin yerdə narsiss gülünün bitdiyini görürlər.
Oskar Uayldın ilk və tək romanı olan "Dorian Qreyin portreti" fəlsəfi romandır. İrlandiyalı yazıçı Oskar Uayld Viktoriya dövründə ədəbi zəkası, incə mizahı və qeyri-adi həyatı ilə XIX əsr estetizm cərəyanının Britaniyadakı görkəmli nümayəndəsidir. Şeir və hekayələri ilə yanaşı, bu romanı ilə şöhrət qazanır. Dövrünün mühafizəkar əxlaq anlayışlarına zidd olan orientasiyalarına (cinsel yönelim) görə mühakimə olunur və 2 il həbsə məhkum edilir. Cəmiyyət əsəri əxlaqsızlıq ilə günahlandırır. Azadlığa çıxandan 3 il sonra isə Parisdə yoxsulluq içində ölür.
Bu roman Oskar Uayldın dövründə çox səs-küy yaradan və müəllifin əleyhinə məhz yeganə sübut kimi göstərilən əsər olmuşdur.
Müəllif bir məktubunda romandakı obrazlar haqqında deyir: "ʙᴀsɪʟ ʜᴀʟʟᴡᴀʀᴅ, ʙᴇɴ ᴏʟᴅᴜğᴜᴍᴜ sᴀɴᴅığıᴍ ᴋɪşɪᴅɪʀ; ʟᴏʀᴅ ʜᴇɴʀʏ ᴅüɴʏᴀɴıɴ ʙᴇɴ sᴀɴᴅığı ᴋɪşɪᴅɪʀ; ᴅᴏʀɪᴀɴ ɪsᴇ ʙᴇɴɪᴍ ᴏʟᴍᴀᴋ ɪsᴛᴇᴅɪğɪᴍ ᴋɪşɪᴅɪʀ, ʙᴇʟᴋɪ ʙᴀşᴋᴀ ʙɪʀ çᴀğᴅᴀ..."
Əsərin baş qəhrəmanı əbədi gənclik və gözəlliklə bağlı diləyi reallaşan və getdikcə insanı insan edən dəyərlərdən uzaqlaşaraq ölümsüzlük qazanan Dorian Qreydir.
Rəssam Bazil Holvard Dorian Qreyin müəmmalı portretinin müəllifidir. Əsərin əvvəlindən Dorianı ətrafdakı "pis" adamlardan uzaq tutmağa və qorumağa çalışır. Xüsusən də, Lord Henrinin təsirindən qorxan Bazilin sənəti üçün Dorian bir dönüş nöqtəsidir. Çünki Bazil idealist sənətkar, Dorian isə ideal gözəlliyin simvoludur.
Bazil Holvard həyata da sənətə baxdığı kimi baxır. O düşünür ki, Dorianın fiziki gözəlliyi onun mənəviyyatına da təsir edir və belə yaraşıqlı insan pislikdən olduqca uzaqdır. Dorian isə özünü Bazildən çox Lord Henriyə yaxın görür, onun fikirləri, həyata baxışı Doriana daha cəlbedici gəlir.
Lord Henri Uotton intellektual və hedonist zadəgandır. Hedonizm dünyada gözəllik və şəhvətdən başqa hər şeyi önəmsiz hesab edən fəlsəfi cərəyandır.
Bütün ziyafətlərdə hər kəsin diqqət mərkəzində olan Dorian Qrey yaraşığı ilə, Lord Henri isə ağlı ilə seçilir. Məhz Dorian da onunla tanış olanda zəkasına heyran olur, nəticədə Henri Dorian üçün ideal insana çevrilir. Hətta gənclik haqqında söylədiyi fikirləri Doriana dərindən təsir edir və bəlkə özü də bilmədən nəticələri heç də ürəkaçan olmayan bir arzu tutur.
Dorian Qrey teatrda çalışan aktrisa Sibil Veynlə tanış olur. Ona böyük məhəbbətlə vurğunluğunun səbəbi Sibilin istedadlı və gözəl olması idi. Dorian qərara gəlir ki, istedadlı aktrisanı dostları Bazil və Henri ilə tanış etsin. Lakin Sibil Dorianı səhnədə ifa etdiyi oyunla xəyal qırıqlığına uğradır.
Kitab hər kəs tərəfindən mütləq oxunmalıdır deyə düşünürəm. Əsər tez oxuyub bitiriləcək bir əsər deyil. Burada ifadə olunan mənaları başa düşərək, mövzunu dərk edərək oxumaq lazımdır. Dialoqlarını çox sevərək oxuduğum əsər oldu.
Oskar Uayld əsərin ön sözündə yazır: “ᴀʜʟᴀᴋᴀ ᴜʏɢᴜɴ ᴏʟᴀɴ ʏᴀ ᴅᴀ ᴜʏɢᴜɴ ᴏʟᴍᴀʏᴀɴ ᴋɪᴛᴀᴘ ᴅɪʏᴇ ʙɪʀ şᴇʏ ʏᴏᴋᴛᴜʀ. ᴋɪᴛᴀᴘ ᴅᴇɴᴇɴ şᴇʏ ʏᴀ ɪʏɪ ʏᴀᴢıʟᴍış ʏᴀ ᴅᴀ ᴋöᴛü ʏᴀᴢıʟᴍışᴛıʀ. ʜᴇᴘsɪ ʙᴜ.”
Kitab sizi mənliyinizə aparır. Bəlkə də məhz buna görə roman cəmiyyət tərəfindən sevilmədi. İnsanların içində gizlənən duyğular, arzular, dərin ehtiraslar, lovğalıq və qüruru - cəmiyyətin daxili dünyasını üzə çıxardığı üçün.