Gönderi

144 syf.
10/10 puan verdi
·
10 günde okudu
Ne güzeldinn be
Bu kitabı o qədər zövqlə mütaliə etmişəm ki; dərinlik, zəriflik və pişiklərin fəlsəfəsi Varlığın Pəncə Yüngüllüğü: Pişik Fəlsəfəsi “ İnsan olmaq oxumaqla başlayıb, oxuduğunu doğru anlamaqla davam edər, kamilliklə başa çatar. “ - bu sözü sevdim və kitabı oxuduqca hər dəfə xatırladığım bir alıntı oldu. Pişiklər cəmiyyətdə ‘sadiq olmayan’ bir heyvan kimi tanınır amma mən heç də elə deməzdim. Ümumiyyətlə, heyvanlara qarşı çox həssas birisiyəm. Və bu kitabda, əziz John heyvanların əslində həyatın hər anını harmoniya ilə yaşayan və həmişə xoşbəxtlik tapan varlıqlar olduğundan bəhs edir. Müəllif ilk başlarda, pişiklərdən giriş versə də daha sonra bir balaca fəlsəfəyə giriş edir; əzizim Montaigne, Schopenhauer, Spinoza kimi filosofların gözü ilə həyatın mənasını və pişiklərə olan yanaşmalarını da qeyd edib. Və onların fikrincə, pişiklər hər günü son günmüş kimi yaşayıb heç bir narahatlığa yol vermədən günü başa vurur və xoşbəxt olurlar. Təsəvvür edirsiniz, bəzi ustad müəlliflərə belə yazmaqları üçün ilham verən, məhz həmin pişiklər olub. Necə də özəldir, deyilmi ? Və bu kitabla bir daha pişiklərə aşiq oldum. Və hörmətli insanlar, xahiş edirəm, pişikləri gördüyünüz yerdə ayağınızla vurmaq ya da güya ayağınızla sığallamaq kimi davranışlara kənara qoyun, onlara qayğı və diqqət göstərin, əlinizlə başlarını oxşayın çünki bu da bir terapiyadır, fikrimcə.. həm də ən özəlindən. Xülasə; oxuyacaq olanlar gözəl mütaliələr vəə kedice kalın
Kedi Felsefesi
Kedi FelsefesiJohn Gray · Domingo Yayınevi · 2022399 okunma
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.