Trillerin atası - əzizim Wulf Dorn
8/10
·328 syf.··
2024 23. kitabı
·
17 günde okudu
·
Okunma: 06 Haziran 2024 22:35
• Vulf Dorn oxumaq üçün özəl vaxtları gözləyirəm; tam da içimdən “oxuduğum kitab bitdikdən sonra, Vulf Dorn oxuyum gərək.” deyə keçirdiyim zaman başqa bir kitabını əlimə aləb mütaliə etməyə başlayıram. Və yenəə oxumaqdan zövq aldığım romanlarından #Travma Durmadan düşünməyə sövq edən bir kitab oldu mənim üçün. Müəllif - psixiatr deyir ki; “Her çocuk istediği kadar dirensin, günün birinde o büyüyecek.” Necə də təsbit deyilmi? Uşaqların böyümək üçün sağlam mühitə ehtiyacı var. Və də valideynlərinin ‘rəğmən’ sevgisinə. Çünki onlarda, ancaq həmin halda sağlam ruh, sağlam düşüncə formalaşa bilər. Uşağını bətnində öldürən analar, davamlı şiddətə məruz qoyan və müqayisə edən, heç bir istək və arzularını anlamayan, düşüncələrinə hörmət etməyən, öz mənfəətləri uğruna 5-10 qəpik üçün küçələrdə diləndirən ya da hazır olmadığı bir vaxtda evləndirən valideynlər və bir çox şəxsiyyət yoxsulu “insanlar” sayəsində dünyanı uşaqlar üçün zindana çevirdik, onlar üçün yaşanmaz bir hala gətirib çıxardıq. Bəs yaxşı, bir gün bu uşaqlar bizdən intiqam alsa, necə ? ya da “ Mənə niyə bütün bunları yaşatdın/ız?” deyə sorğulasa ? Verəcək tutarlı bir cavabımız olarmı, orası da şübhəlidir. Kiçik bir SPOİLER Bu roman da, məhz bu mövzulardan bəhs edir. Laura adlı bir xanımın keçirdiyi qəza sonrasında maşınının arxa hissəsində qızının cəsədini görməyi ilə təcili yardım çağırıb, Su’nun çox çətinliklə də olsa, qaçdığı qəsəbəyə yol alır. Təəccüblüsü getdiyi şəhərdə yüzlərlə insan ortadan ortadan yoxa çıxır. Və itmiş insanları axtarmağa gedən digər insanlarsan da bir çoxu itir. Və artıq hər nə danışsa da, Laura’ya heç kimin inamı qalmır. Və beləcə, Lauranı görən və əlaqədə olan hər kəs; keçirdiyi qəzanın Laura üçün TRAVMA olduğunu və eləcə ağlını itirib, nə danışdığını bilmədiyini deyirlər. Və həmişə dediyim kimi; Ömrümün sonuna qədər Vulf Dorn oxuyacam
Psikoloji Korku Gerilim Roman
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,837 okunma
·
116 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.