Gönderi

Puan vermedi·192 syf.··
2024 12. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Haziran 2024 11:09
Müasir Azərbaycan ədəbiyyatına aid əsərləri niyə oxuyaq? Bu sual əvvəllər məni elə də, narahat etməsə də, son zamanlar ağlımdan çıxmayan suallardan biridir. Bir tərəfdən müasir Azərbaycan ədəbiyyatından çox kitab oxumadığım üçün özümə bu cür təsəlli verirdim. Axı Dostoyevski, Tostoy, Qoqol, Jül Vern, Emily Bronte kimi dünya ədəbiyyatının nəhənglərinin əsərlərini oxuyaraq, daha dərin fikirlərlə tanış olmaq və ədəbiyyat aclığını şah əsərləri ilə doyumunu təmin etmək haradasa daha məntiqli görünürdü. Mən də, əksər "elit oxucular" kimi öz millətimin yazıçısını bəyənmirdim. Lakin bu bəyənməmə qərarı rasional şəkildə verilməmişdi. Sadəcə axmaq bir önyarğı və üzərində düşünülməmiş, unudulmuş qərardan ibarət idi. Məsələyə obyektiv yanaşmağa çalışsaq, Azərbaycan ədəbiyyatının da, xüsusilə müasir Azərbaycan ədəbiyyatının inkişafı, keyfiyyəti üçün bir ümid var. Bu ümidi şübhə müşayiət edir. Bir şeydən əmin olmaq üçün isə onu tanımalısan. Ona görə də, mütaliəmə müasir Azərbaycan ədəbiyyatına aid kitablara yer ayırmışam. Bunlardan biri də, bugün bitirdiyim Quberniya kitabıdır. Əsər Azərbaycanın Rusiya tərəfindən işğalından bəhs edən antiutopik povestdir. Əgər siyasətlə maraqlanan birisinizsə, 1984 tipli əsərləri bəyənirsinizsə, bunu da, sınamağa dəyər. Əsərdə bəzi ümumi məsələləri qeyd eymək istəyirəm. Bəzi məqamlarda hadisələrin motivi çox  məntiqli deyildi. Birini deməklə kifayətlənəcəm. Misal üçün, dindarların hamısının sorğulamadan insanları döyməyə, öldürməyə getmələri mənə görə real bir şey ola bilməz. Yəni ən azı bir nəfər bunu sorğulamalı idi. Düşünülə bilər ki, bu antiutopik əsərdir, burada hər şey ola bilər. Xeyr, hadisələrin motivi məntiqli olmalıdır. Real həyatda əgər belə bir şey olsa necə olar sualını yazıçı həmişə özünə verməlidir. Bir də, insanlar bu qədər ancaq pulu və özlərini fikirləşəcək qədər iyrənc ola bilməzlər. Hamı Rusiyanın gəlməyinə sevinir, amma biz hərbçilərdən başqa buna üzülən, mübarizə aparan mülki əhalini görmürük. Başqa bir neçə tənqid olunası məqamlar olsa da, bunlarla kifayətlənmək istəyirəm. Əsərin bəyəndiyim xüsusiyyətlərindən danışmamağım ədalətsizlik olar. Birincisi belə bir radikal əsər yazmaq çox cəsarətli bir addımdır. Siz əsərdə demək olar ki, hər qrupa (dindar, müxalif, iqtidarçı,rusdilli elita) təhqir olunmalarla qarşılaşa bilərsiniz. Bu cür yanaşma əsəri daha səmimi edib. Növbəti bəzi bənzətmələr var idi ki, mənim çox xoşuma gəlmişdi. Birini qeyd edirəm: "Artıq Hacıbəyli yox idi, Hacıbəyov var idi. O da, sönük şəkildə. Çaykovski və Şostakoviçin kölgəsində. İncəsənət fakültəsinin tələbələrinə onlar tədris olunurdular" Xoş mütaliələr:)
Quberniyaİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 017 okunma
·
121 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.