Gönderi

Ağlamağa bəhanə ver, Ürəyimi nisgil sıxır. Əllərimi sənsizliyim, Boğazımı qəhər sıxır. Nə güc varmış biləyində! Öldürəcək təhər sıxır. Nə yorulmur, nə dincəlmir, Gecə sıxır, səhər sıxır. Tikan taxır ilməyimə, Kədər qatır gülməyimə, Haram səpir yeməyimə, Çaylarıma zəhər sıxır. Tut əlimdən, apar məni! Ürəyinin bir kəndinə. Yoxsan deyə zalımlaşıb, Sıxır məni, şəhər sıxır. Ağlamağa bəhanə ver! Bulud kimi dolmuşam mən. Sənsiz boynum bükük qalıb, Yaman kövrək olmuşam mən. Gözümdə ocaq qalanıb, Boynuma zəncir dolanıb. Suyuma həsrət bulanıb, Saralmışam, solmuşam mən. Ağlamağa bəhanə ver! Yaman kövrək olmuşam mən.
32 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.