Yenə Stefan və yenə mükəmməl əsər.. Sanki piano çalırmış kimi yazıb yaradıb yenə.. Artıq hansısa əsərini bəyənməmək kimi bir seçənəyim yoxdu...
Hekayədə bütün zaman su kimi axıb getsə də sonunda qovuşmağı bacaran iki gəncin hekayəsindən danışılır.. Keçmişi axtaran və artıq həqiqətdə də olmayan.. Artıq nə qadın əvvəlki qadındır nə də adam əvvəlki adam. Bir birilərini çox yaxından tanıyan iki yad? Əsəri çox sevimli sətirlər bürüyür. Ecazkar sevginin mükəmməl hekayəsi.. Əsəri oxuduqca sizə xoş anlar əhatə edəcək.