Paralel Dünyalar
8/10
·282 syf.··
2024 14. kitabı
Sizcə zamanında üzgüçülüyə davam etsəydiniz həyatınız necə olardi? Ya da musiqi ifa etməyə? Olimpiya çempionu olanda daha xoşbəxt olacaqdız? Ya da bəlkə rok star olanda? Bütün potansialınızı məhv etdiyinizi düşünürsüz? Başqa həyatlarda daha xoşbəxt olacağınızı? Başqa seçimlərin sizi daha yaxşı hiss etdirəcəyini? Nora bu suallara cavab tapmağa çalışır. Yaşadığı həyatdan bezən Nora buna son qoymağa çalışır. Amma Gecəyarısı Kitabxanasına düşür. Burada bütün təəssüfləri ilə qarşılaşır və seçmədiyi seçimlərin necə gerçəklik olacağını, başqa dünyadakı Noraları görür. Bir an belə dayanmadan oxuya biləcəyiniz bir kitab olacaq. Çox maraqlı bir ideyaya əsaslanır. Sizə isə bütün həyatlarınızda xoşbəxt hiss etməyinizi və təəssüf kitabınızın çox nazik olmasını arzulayıram. Sevgi ilə qalın
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,4bin okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.