Gönderi

Ləçək dodağına "bal" dedim onun, gizlədib, bağrımı şan-şan elədi, elçi göndərirdim, qurban olduğum, eşitdim kimnənsə nişan elədi. Yanıram həyata gəldiyim andan, bəxt ordan budayır, sevgi bu yandan, dünya varlığımı nur parçasından, yarın ürəyini daştan elədi. Əzəldən bilmədim məkri nəyimiş, bəlkə özgə eşqin əmrindəyimiş? Dil tökdü, dilinə dilim dəyməmiş, sonra anladım ki, başdan elədi...
Sayfa 237 - BAŞDAN ELƏDİ...Kitabı okuyor
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.