Naxçıvandakı tədrisim zamanı, bir tələbəmin məsləhət gördüyü bu yazar və bu kitablar diqqətimi cəlb etmişdi. Düşünürəm ki, məşhur kitablara minlərlə oxşar incələmə yazmaq o qədər də effektiv deyil. Bu kimi yazarları isə daha çox paylaşıb, ön plana çıxarmaq lazımdır. Yazarın özü də Culfadandır və tələbəmin tanışıdır. Oxuduğum iki kitabından sonra, üçüncü kitabını imzalı formada mənə göndərəcəyini dedi. Bu çox gözəldir.
Kitaba gəldikdə isə, maraqlı hekayəsi və sadə oxunaqlığı adamı özünə cəlb edir və qısa müddətdə (bir oturuma desək :d) kitabı bitirə bilirsiniz. Texnologiya ilə bağlı gözəl və təsir edici hekayəyə malikdir. Yerli bazara dəstək vermək istəsək, bu kitabı da məsləhət görəcəklərimin arasına daxil edərdim.
Tural AtəşYağmurla GələnEva Virusu