Eva Virusu

Tural Atəş
Tahmini Okuma Süresi:
6 sa. 31 dk.
Sayfa Sayısı:
230
Yayınevi:
Yumruq Ədəbi Birliyi
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·230 syf.··
2024 18. kitabı
Naxçıvandakı tədrisim zamanı, bir tələbəmin məsləhət gördüyü bu yazar və bu kitablar diqqətimi cəlb etmişdi. Düşünürəm ki, məşhur kitablara minlərlə oxşar incələmə yazmaq o qədər də effektiv deyil. Bu kimi yazarları isə daha çox paylaşıb, ön plana çıxarmaq lazımdır. Yazarın özü də Culfadandır və tələbəmin tanışıdır. Oxuduğum iki kitabından sonra, üçüncü kitabını imzalı formada mənə göndərəcəyini dedi. Bu çox gözəldir. Kitaba gəldikdə isə, maraqlı hekayəsi və sadə oxunaqlığı adamı özünə cəlb edir və qısa müddətdə (bir oturuma desək :d) kitabı bitirə bilirsiniz. Texnologiya ilə bağlı gözəl və təsir edici hekayəyə malikdir. Yerli bazara dəstək vermək istəsək, bu kitabı da məsləhət görəcəklərimin arasına daxil edərdim. Tural Atəş Yağmurla Gələn Eva Virusu
1000k
Eva VirusuTural Atəş · Yumruq Ədəbi Birliyi · 019 okunma
Müasir Azərbaycan ədəbiyyatında ümid işığı
8/10
·230 syf.··
2024 8. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Kasım 2024 20:26
4 il öncə oxuduğum Yağmurla Gələn kitabında yazarın qələmi ilə ilk tanışlığım olmuşdu və niyə kitabın demək olar ki, tanınmadığına çox təəccüblənmişdim. Eva virusu isə məni bu barədə daha çox heyrətləndirdi. Əsərin mövzusu həqiqətən çox yaxşıdır və duyğu yüklü olmağından əlavə, yazar sətiraltı olaraq cəmiyyətimizin əsas problemlərini çox ustalıqla oxucuya çatdırıb, deyə bilmədiyimiz bir çox şeyi yazıya töküb. Hər kəsə məsləhət görə biləcəyim bir kitabdır lakin bir mövzu var ki, müəyyən bir qisim kitabı sadəcə səthi oxuyacaq və hekayə onu kədərləndirib bəzən sevindirəcək, duyğusal* bir kitab olduğunu düşünüb çox bəyənəcək; digər qisim isə, cümlələrdəki 2-ci mənaları dərk edəcək və kitabı daha çox bəyənəcək, yazarın digər kitablarını oxumağa da marağı yaranacaq. 2-ci qisimdə olduğumu fikirləşirəm və digər Tural Atəş kitablarını mütləq oxuyacağımı qeyd edərək əslində xeyli uzadıb, təriflər yazmaq istədiyim təhlili sonlandırıram.
Eva VirusuTural Atəş · Yumruq Ədəbi Birliyi · 019 okunma