Leylâ...
10/10
·280 syf.··
Beğendi
·
2024 34. kitabı
·
10 günde okudu
·
Okunma: 14 Haziran 2024 23:37
Kitabı bitirdim. Sözün əsl mənasında məndə bitdim. Oxuduqca insan olduğumdan utandım. İnsanlar nə qədər vəhşiləşə bilər? Bir qadın nə qədər dözümlü ola bilər? Bütün hissləri keçirdim. Bəzən kitabı kənara atıb oxumaqı dayandırmaq istədim. Bəzən sinirdən dişlərimi sıxdım.. Ya da gözyaşlarına boğuldum. Leylanın bu yaşanmış acı həyatı.. uzun müddət ağlımdan çıxmayacaq. Mən oxuduqca pis olurdum. Ama o gənc qız bunların hamısını yaşayıb. Bu iyrənc rəfdarlara rəğmən həyatda qalmağı bacarıb. Onun həyatda qalması şans idi yoxsa bədbəxtlik? Kitabı psixologiyası zəif insanlardan savayı hərkəs oxumalıdır. Bu qədər çətin qara həyata rəğmən Leylanın mübarizəsi.. hərkəsə dərs olmalıdır. Bəlkə də Kitabdakı iyrənc məxluqları oxuduqca bəzi dırnaqarası insanların daş qəlbləri yumuşayar. On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O,digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur.Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlagəlməz işgəncələrə məruz qalır... İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır. Onun verdiyi canlı, amansızcasına açıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək. Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanacaqsınız. Bu hadisələrin həqiqət olmamasını arzulayacaqsınız. Kitab sizi çox sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.
1000Kitap
LeylaAlexandra Cavelius · Pegasus Yayınları · 20168,9bin okunma
·
49 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
🫠