Gönderi

Öləcəyik iki gözüm, Öləcəyik necəsə Sən o tayda, mən bu tayda Bundan qəmgin gerçəkmi var? Bir birindən xəbərsiz, Kim bilir hansı şəfəqdə, hansı dolunayda... Bəlkə də anlıq, bəlkə də ömürlük donub qalacaq birimiz o birimizin xatirəsində Bir az daha çox sayda.. Sarıldığımız və əzizlədiyimiz cisimlərimizin əslində bizim olmadığını unutmuşduq, Bir sel gəldi, Palçıq olub axdı çayda.. Həsrətində həyat adlı həqiqəti danaram Ölümə yox, Səni daha görməməyə yanaram... Yanaram da, nə fayda?! Baxacaqsa əgər sənsiz Qurban kəsdim gözlərimi, çüxurlarda qandı yaşı, Əsas sən qoru özünü, Ey qəlbimin həcərül əsvəd daşı... Dərd etmə, iki gözüm, Mən birtəhər hərləyəcəm bu başı...
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.