Gönderi

Axtarma
Taparsanmı bir gün məni Bu şəhərin insanla dolu boş küçələrində? Axtararsanmı bir gün məni Yazılmamış hər şeirdə? Məni insan zənn etmə Bir məzarlıq var qəlbimdə Susuzluqdan ölmüş uşaqların qəbrindən Ölmüş hər körpə mənəm İtirilən hər damcı göz yaşı Hər şəhid ananın övlad acısı Hər şəhidin vətən ağrısı Hər vətənin yoxluğu Mənəm Məni insan zənn etmə, ruhdaş Mən bir yığın kədərəm Məni sevmə, ruhdaş Mən itirilib gedənəm Və Məni axtarma, ruhdaş Məni gizlədir siyasilər Bir tapsan məni Səni də bir xain adlandırıb Sökərlər dırnağını Çırpıb atarlar küçəyə Axtarma, ruhdaş Get, get, evdə gözələyən Dilbərin var Məni axtarma, ruhdaş Məni axtarma Yazar: Dərviş Ziyatay Son 8 misra M.Müşfiqə həsr olunub
··
189 görüntüleme
Jalə İslam okurunun profil resmi
Məni axtar, Ruhu cismindən qeyb olan hər kəsin Səssiz baxışlarında. Məni axtar, Başlaya bilmədiyin bütün abzaslarda, Bitirə bilmədiyin bütün cümlə sonlarında. Məni axtar, Bir vidanı belə yaraşdırmadığın son məktub sətirlərində. Məni axtar Yad elin boğazı dələn acı su dadında. Məni axtar, Tapdığını zənn etdiyin hər gün. Zənn edib itirməyə məcbur olduğun hər gün... Sən yenə də məni axtar! Qaralamam üçün üzr istəyirəm 🙏
Aqil Adilli okurunun profil resmi
Çox yaxşı alınıb, nə üzrü? Əladır
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.