Gönderi

372 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 7 days
Oxuyub , oxuyacaq olan hər kəsə salam :]
Kitab olduqca maraqlı , axıcı tərzdə yazılıb. Oxuduqca sıxılmır adam. Hətta bəzi hissələrində kövrəlib, gözümün yaşını axıtdığım belə olub)). Oxuduğum cümlələrin təsirinə qapılmış ola bilərəm )) Yaşanmışlıqlar , yaşanacaq olanlar və s.ilaxır. Kitab qadın-kişi dostluğunun kökünə baltanı vurur desəm yeridir. Çünki , elə bir şeyin mümkün ola bilməyəcəyini təsdiqləmək istəyir sanki. Bəlkə də mümkündür , istisna hallar ola bilər hər zaman. Onun da altında yatan səbəblər var . Mənim şəxsi fikrimə əsasən isə elə hal mümkün olmur. İki tərəfdən hər hansısa biri duyğulara qapılıb gedir. Kitabın sonunu belə gözləmirdim açığı , daha da fərqli ola bilərdi fikrimcə. Baş verən hadisələri təkcə Mələk və Muradın baxış bucağından deyil Ayxanın da iştirakı olaraq oxumaq daha xoş olardı mənim üçün. Bəlkə də yazar bilərək o hissəni kitaba daxil etməyib ? Ayxanın hiss və düşüncələrini üçüncü şəxs olaraq bizim xəyal gücümüzə buraxıb ? Oxuyacaq olan hər kəsə xoş mütaliələr ...
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0138 okunma
·
50 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.