Puan vermedi·256 syf.····Okunma: 21 Haziran 2024 11:38 L. M Montgomery-Mavi Şato kitabı haqqında yazacam bu gün.
Yaxşı ki, oxudum. Valancy 29 yaşlı, heç vaxt evlənməmiş, yaltaq və dedi-qoducu bir ailənin xəyalpərəst qızıdır. Günlərin bir günü Valancy
ölümcül xəstəliyə tutulduğunu öyrənir və bu xəbər onun üçün dönüş nöqtəsinə çevrilir. Bunu ailəsindən gizlətməyinə baxmayaraq , xəstəliyi səbəbindən ailəsinə baş qaldırır və həyatında ilk dəfə istədiyi kimi davranmağa başlayır. Valancy dəyişir və yaşadığı bu illərin sözün əsl mənasında qisas alır. Evdən çıxıb ona kömək etmək üçün qayğıya ehtiyacı olan birinin evində məskunlaşır. Və əsas həkayə bundan sonra başlayır.
Kitabı çox sevdim . İnsanın özünü necə dərk edə biləcəyini, öz mahiyyətini tapa biləcəyini və başqalarının qoyduğu qaydalara “yox” deyə biləcəyini çox gözəl izah edən bir kitabdır. Biz , öz həyatımızda yolumuzu tapmalı və bizim şəxsiyyətimizə zidd olan hər şeyə,yox deyə bilməliyik.