Gönderi

Hərbi helikopter paytaxtın qaranlıq səmasına daxil olanda şəhər sakinlərindən buna laqeyd yanaşanlar da oldu, səsini eşitcək balkonlara çıxıb maraqla tamaşa edənlər də. Lakin heç kəsin ağlından belə keçmədi ki, qanlı döyüşlərin getdiyi Qarabağdan gələn bu helikopter özü ilə Bakıya ölçüyə-çəkiyə sığmayacaq qədər ağır yük gətirir. Canını vətən uğrunda qurban vermiş beş igid gəncin nəşi... Beş dağılmış dünya... Yerinə yetməyəcək nə qədər arzularla dolu beş yarımçıq ömür... Gözü yollarda qalmış beş ananın dünyaya sığmayan dərdi, fəryadı... Xoşbəxtliyə layiq olsa da, daha heç zaman xoşbəxt olmayacaq neçə qızın ürək dağlayan yanıqlı hıçqırtısı... Bəli, çox ağır idi bu helikopterin yükü...
Sayfa 351Kitabı okudu
·
27 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.