Ama bu işler hep böyledir, yasak konuları araştırmaya kalkan bilim insanlarına hem cesaret gerekir hem de anlaşılmazlık.
Paulo Coelho yazıçıdan oxuduğum ilk əsər idi. Məndə yeri ayrı olacaq əsərlər siyahısına daxil oldu. Hər günün yeni bir ümid olduğunu xatırlatdı. Dr. İgorun ağlasığmaz müalicəsi bəlkə çoxu insana həyat verməsə də, Veronikaya həyat verdi. Veronika yaşamaq arzusunu daddı. Bu zamana kimi başqalarının istədiyini nəzərə alan gənc qız, sonunda öz istəyinin vacib olduğunu anladı. Düzdü anlamaya da bilərdi. Bu isə Veronikanın həyatdakı şansını tapmağı idi.
Əsər bir cəhətdən də diqqətimi cəlb etdi. Hər bir insana "dəli" demək olmaz. Hətta həkimlərin belə "dəli" olaraq adlandırdıgı insanlar belə bəzən "dəli" olmurlar. Onlar sadəcə həyatdakı yerlərini tapmağa çalışan insanlar olur....