Qəlbimdəki ağrı ilə yazıram bu təhlili.
Açığı sonunun yaxşı bitəcəyinə özümü inandırmışdım........amma səhv etdim.....
.
Kitab iki gəncin maraqlı tanışlığı ilə başlayır. Maraqlı deyirəm, çünki belə tanışlıq həqiqətən eşitməmişdim(oxumamışdım:)) .
Lakin hər sevgini yıxan yalan bu sevgiyə də bir əncam çəkmişdi.
.
Yalanı ilk öyrəndiyim zaman Lunaya haqq qazandırıb Əhmədi qınamışdım.
Lakin Lunanın belə səhv addım atmasını da istəmirdim....
Lakin olan olmuşdu..... Amma hər iki tərəf artıq bərabər səviyyədə idi...
.
Kitab maraqlı, sadə dildə yazılmışdı. Kitabdan qadın səliqəsi hiss olunurdu sözün əsl mənasında.... İstifadə olunmuş şəkillər, şeirlər də hekayəyə ayrı bir maraq , dad qatırdı.
.
Real həyatda baş vermiş hadisədən yola çıxaraq yazılması isə insanı kitabdakı hadisələrə ciddi yanaşmağa sövq edirdi....
.
.
Ayrılıqlar sevilməsə də bəzən insan getməlidir.....
.
Amma gedən zaman digər variantı da (bu kitabdan yola çıxaraq) nəzərdən keçirib "Əlvida deməyə tələsməyin" ....
.
Xoş mütaliələr.....