·448 syf.··Beğendi
···Okunma: 25 Haziran 2024 20:43 Yəqin ki bu əsəri hamı oxumasa da hərkəsə tanışdır. Xalid Hüseyninin ən mükəmməl əsəri elə məhz budur. Əsər iki balaca uşaq Əmir və Həsənin dostluqu ilə başlayır. Onlar dost olsalarda əslində hər ikisi fərqli həyatı yaşayırlar. Kitabda eyni zamanda Əfqanıstanda baş verən müharibələr, müharibənin gedişatında baş verən vəhşiliklər və Talibanların acımasızlıqından da bəhs olunur. Xalqın çarəsiz durumda olması, Xoşbəxtliyin yox olub getməsi.. Kabil şəhərinin küçələrində birdə heç vaxt nə gülüş nəsi nə də uçurtma yarışlarının geçirilməsinə rast gəlinmir.
Kitabda Əmir obrazının uşaqlıqda etdiyi səhflər vijdan əzabı olub boğazına yapışır. Bəs o bu hisslərindən necə xilas olacaq?
Kitabı oxuyub bitirdikdən sonra boşluqa düşdüm. Oxumadan əvvəl yenə şişirdilmiş kitablardan olduğunu sanırdım ama bu kitab həqiqətəndə bəlkə də 2000-ci illərin yazılmış ən yaxşı əsərlərindən biridir. Oxumağınızı şiddətlə tövsiyyə edirəm.
Oxuyanlara və oxuyacaq olanlara xoş mütaliələr.