Gönderi

3-487 arası bir ədəd yazın, şeirlənək.🕊️ (Universitetimizin müəllimi Rafiq Yusifoğlu şeirləri ilə...)
Seçilmiş Əsərləri II.Cild
Seçilmiş Əsərləri II.Cild
··
792 görüntüleme
Dinar︎ okurunun profil resmi
56😍🌱
Vəfa Hafiz okurunun profil resmi
Quşum qondu bir gözələ yamanca, Təbəssümü yanağını bəzədi. Ürək birdən dönüb oldu kamança, Gur saçları kəmanəyə bənzədi. Haray varmı belə gözəl sənəmdən, O ki məndən əsirgəmir qadanı?! Bir yanıqlı səda qopdu sinəmdən, Təkcə özüm eşitdim o sədanı. Ürəyimdən qopdu kövrək şeirlər, Oğul gərək bu görüşü uzada. Eh, yerin də qulağı var, – deyirlər, Eh, ona da çatdı bəlkə bu səda?!
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Varlığımı oda saldın Bircə yol ötüb qarşımdan. Meh telinə sığal çəkib, Ağlımı aldı başımdan. Saçına külək yaraşır, Əlinə çiçək yaraşır. Sevgimə sənin sinəndə Döyünən ürək yaraşır. Ürəyimdə sənin adın Dolandım dağı, meşəni. Al çəmənin gözlərindən Dərdiyim tər bənövşəni. Üşüyürsən, yaxına gəl, Odlu nəfəsimlə isin. Boynun körpə bənövşətək Mənim köksümə əyilsin. Saçına külək yaraşır, Əlinə çiçək yaraşır. Sevgimə sənin sinəndə Döyünən ürək yaraşır.
2 sonraki yanıtı göster
Nadya okurunun profil resmi
16💫
Vəfa Hafiz okurunun profil resmi
Köksümə sığmırdı sevdalı ürək, Mən öz taleyimdən çox razı idim. Çıxmışdın yoluma yaz çiçəyi tək, Ancaq ki, ətrinə tamarzı idim. Duyduqca sevdanın zərif odunu, Baş aça bilmirdim özüm özümdən. Təkrar etdiyimdən tez-tez adını, Yaz ətri gəlirdi mənim sözümdən. Mizrab dəyməmişdi könül tarına, Sevgi mövsümündə nə tez üşüdün? Sən mənim ömrümün ilk baharına Gələn bir körpəcə qaranquş idin. Həsrətin qəlbimi yandırdı, yaxdı, Qara gözlərinə olmuşam əsir. "Mən səni sevirdim" demək günahdı, Mən səni görəndə ürəyim əsir...
3 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Elə məst eləyib gözlərin məni, Dağlar topuğumdan, göy qurşağımdan... Çəkilib dünyanın çisəyi, çəni, Ürəyim asılıb göy qurşağından... Çirkin də gözümdə göyçəyə dönüb, Sən baxsan, sevinər, taleyim gülər. Ürəyim bir ovuc çiçəyə dönüb, Sənin qədəminə səpilə bilər...
2 sonraki yanıtı göster
Kitabsever okurunun profil resmi
286 Şeirlənək, Vəfam💙🥹
Vəfa Hafiz okurunun profil resmi
İçin-için yanıram, Səni xoşbəxt sanıram. Gözlərini anıram Söykənib bir palıda. Yağış süzülür dən-dən, Unuda bilmərəm mən Üzünə bəzək verən O xırdaca xalı da. Seyr edirəm çəməni, Sevirsənmi de, məni? Gözləyəcəyəm səni Döysə məni yağış da, Döysə məni dolu da. Getdi vüsallı günlər, Ayrılığa sinə gər. Sevməsəydin sən əgər, Vida vaxtı gözlərin Dönərdimi buluda?!
5 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Elə məst eləyib gözlərin məni, Dağlar topuğumdan, göy qurşağımdan... Çəkilib dünyanın çisəyi, çəni, Ürəyim asılıb göy qurşağından... Çirkin də gözümdə göyçəyə dönüb, Sən baxsan, sevinər, taleyim gülər. Ürəyim bir ovuc çiçəyə dönüb, Sənin qədəminə səpilə bilər...
3 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Əllərimdə əllərinin istisi, Gözlərimdə gözlərinin qarası. Kor elədi məni hicran tüstüsü Harda qaldın, ciyərimin parası? Yollarına divanə tək baxmışam, Ayaq üstdə üzülürəm, əzizim. Misra-misra əriyərək hər axşam Varaqlara süzülürəm, əzizim. Şəhər yatıb, kəsilibdir səs-səmir, Elə bilmə, mən də rahat yatmışam. Pəncərədən baxışımı tor kimi Sən gəzdiyin küçələrə atmışam...
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Atəşə tuş olan kimi Şam məhəbbətlə əridi. Həsrət ömrün yaraşığı, Eşq həyatın cövhəridi. Yerdə qarışqalar səf-səf, Göydə quşlar qatar-qatar. Çiçəklərin gülüşündə İlk baharın sevdası var. Məcnun ömrü, Leyli ömrü Dillərdə dastana dönər. Məhəbbətin nuru düşən Ürək gülüstana dönər. Məhəbbət damarlarımda Axıb gedən qana bənzər. Sevgisiz, sevdasız ömür Susuz dəyirmana bənzər. Soyuq-soyuq ürəklərə Nə vaxtsa, sevgi dolacaq. Bu dünyanı fəlakətdən Qurtaran sevgi olacaq...
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Təkcə mən deyiləm yanan, odlanan, Anamın saçında dəni görürəm. Bizim aramızda hicran adlanan Dumanı görürəm, çəni görürəm. Qorxuram qəlbimin şöləsi sönə, Qıyma ki, bir ürək zülmətə dönə! Bir az oxşarı var hər şeyin sənə, Nəyə baxıramsa, səni görürəm...
2 sonraki yanıtı göster
Nahid okurunun profil resmi
125
Vəfa Hafiz okurunun profil resmi
Sıldırım çiçəyi, qısadır dilim, Nə ola, bir kiçik quşa dönəydim. Ya sən bu tərəfdə bitəydin, gülüm, Ya mən o tərəfdə daşa dönəydim. Tərpənə bilmirik boylansaq da biz, Arzumun əlləri açıla qalıb. Üz-üzə, göz-gözə dayansaq da biz, Tale aramıza sıldırım salıb. Bəxtiyar sanıram özümlə səni, Eh, bilsən nə keçir könlümdən mənim?! Öpüb oxşayıram gözümlə səni, Ta heç nə gəlməyir əlimdən mənim. Qibtə eləyirəm əsən küləyə, - Mən səni görəndən dağılıb huşum. Sıldırım üstündə bitən çiçəyə İldırım olmasam, necə qovuşum?!
1 sonraki yanıtı göster
33 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.