Gönderi

3-487 arası bir ədəd yazın, şeirlənək.🕊️ (Universitetimizin müəllimi Rafiq Yusifoğlu şeirləri ilə...)
Seçilmiş Əsərləri II.Cild
Seçilmiş Əsərləri II.Cild
··
814 görüntüleme
Vəfa Hafiz okurunun profil resmi
Sənə rast gələndən dincliyim itib, Sirdaşım olubdur yağışlar mənim. Yolumun üstündə tikanlar bitib, Yaxır kinayəli baxışlar məni. Şam tək əriyirəm hey için-için, Kükrəyir qəlbimdə nifrət dənizi. Qəlbimi odlara qalamaq üçün Tale ürcahıma çıxarıb Səni. Sevda yollarında mən naşı oldum, Büründü dumana, çənə bu sevgi. Sevdim, mükafatım göz yaşı oldu, Səadət vermədi mənə bu sevgi. Canımda sehrli bir alov gəzir, Çiçəyə vuruldum, quşa vuruldum. Dənizi görəndə ürəyim əsir, Gözümdən çağlayan yaşa vuruldum. Yolumun üstündə at çapır külək, Titrəyən ürəyim payız nanəsi. Sənin həsrətinlə döyünən ürək Çevrilib olubdur qəm viranəsi.
Sara okurunun profil resmi
74
Vəfa Hafiz okurunun profil resmi
Düşünürəm baxdıqca üstü güllü donuna, Sinəsi gül-çiçəkli çöllər sənə oxşayır. Bilirəm necə safsan, desəm heç yalan olmaz, Suyu dupduru, təmiz göllər sənə oxşayır. Boylanıram qabağa öz arzumun səsiylə, Ürəyim cuşa gəlir sevilmək həvəsiylə. Desəm heç yalan olmaz, ətirli nəfəsiylə Ürəyimi oxşayan yellər sənə oxşayır. Gözəl gül seçim deyə gəzdim çəməni, dağı. Güllər necə qəşəngdir, qızarıbdır yanağı. Səni gülə, çiçəyə necə oxşadım axı, Sən gülə bənzəmirsən, güllər sənə oxşayır...
Geri13
33 öğeden 31 ile 33 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.