Gönderi

Xocalıdakı vəhşiliklər
25-30 yaşlarında, üzündən mərdlik, qəhrəmanlıq yağan bir oğlanı yerə yıxıb qollarını arxadan bağlayırdılar. Beş-altı erməni qarğa-quzğun dəstəsi kimi üstünə tökülmüşdü bədbəxtin. Biri oğlanın alnına tökülmüş saçlarından yapışıb bərk-bərk arxaya dartdı. Bir başqası isə bıçaqla onun gözlərini oyub çıxardı... Səid əlləri ilə üzünü tutub başını aşağı əydi. Öz gözlərini çıxarırlarmış kimi, əzabla inildədi: Öldüm, ana, öldüm!!! Dazbaş erməni Səidin saçından tutub başını yuxarı qaldırdı və heç bir şey olmayıbmış kimi: - Ən maraqlı yerini ötürəcəksən, bax! - dedi. Səid gözlərini açdı və gördü ki, indi oğlanın şalvarını soyundurub cinsiyyət üzvünü kəsirlər. Gülüş, danışıq, qışqırıq səsləri bir-birinə qarışmışdı. Amma bu qışqırıq səsləri də ermənilərin idi. Sevincdən qışqırırdılar... Oğlan isə alt dodağını bərk-bərk dişləyib qışqırmamağa çalışır, əvəzində insan səsinə bənzəməyən bir səslə zarıyırdı... Sonra hamı kənara çəkildi və oğlanın üstünə benzin töküb yandırdılar. Alov onun bədənini bürüyəndə oğlan tək bir dəfə bərkdən çığırıb nəsə dedi, amma Səid onun nə dediyini ayırd edə bilmədi. Sonra oğlanın səsi birdəfəlik kəsildi və kadrı dəyişdilər.
Sayfa 216 - Əlavə məlumat yoxdur.Kitabı okudu
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.