Gönderi

8/10
·420 syf.··
2024 5. kitabı
·
12 günde okudu
·
Okunma: 04 Temmuz 2024 09:56
Salam əziz kitab qurdları. Mən bu kitabı oxumağa başlayanda əslində əvvəl çox da təsirlənmirdim bilmirəm niyə:') Amma sonlarına doğru çox təsirləndim. DİQQƏT! SPOİLER OLA BİLƏR. Həmidə o qədər acığım tuturdu ki.. Məsumənin ona dediyi sözlər, başına gələn hadisələr belə onu ağıllandırmadı. Yavaş-yavaş uçuruma sürükləndi. Arxasında da Məsuməni çiyninə ağır bir yük yüklənmiş halda qoyub, dünyadan köçdü.. Məncə həyatda insan ən birinci özünü sevməlidir, öz dəyərini bilməlidir. Məsumə həyatını övladlarına həsr etdi ki, onların bir təhsili, ailəsi, gözəl gələcəyi olsun. Amma sonra onlar analarının məsum, saf sevgisinə lağ edərək, onu evlənmək yolunda dəstəkləmədilər. Xoşbəxtlik hər kəs kimi Məsumənin də haqqı idi.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,400 okunma
·
43 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.