·144 syf.····Okunma: 26 Mart 2024 01:11 Personajdan acı bir təəssüf hissi ilə ayrıldım. Sevgisini, ümidini son ana qədər saf, ilk günkü kimi qoruyub saxlasa da, bu kədərli vidaya layiq olmadığını düşünürəm. Şübhə yoxdur ki, o, həqiqətən də sevirdi, amma düz insanımı sevirdi? Onun sevdiyi, həqiqətən bu sevgiyə layiq idimi? Bu hissə bir qədər mübahisəli görünür. Əslində bütün qınaqlarım bu məqsədə və ya özünü qurban verəcək qədər sevdiyi qadına görə deyil. Verterə də böyük məzəmmətim var! Başqa yolu yox idimi? Əgər o, bu təmiz, saf, sevgini onun sevdiyi qədər onada qarşılıq vərəcəy ürəklərə həsr etsəydi, qaneedici olmazdımı? Çox qınaqlarım olsa da, ağlıma bu sonluqdan başqa heç nə gəlmir. Düşünürəm ki, Verterin o böyük ürəyi və sevgisi bu dünya üçün məncə də çox artıq idi.