·592 syf.··Beğendi
···Okunma: 05 Temmuz 2024 20:34 Artıq bir aydan artıqdır ki, bu kitabı oxumaqla məşğul idim. Sözün doğrusu, Martin İdenin timsalında Cek Londonun yaradıcılıq yolu ilə tanış olmaq həqiqətən də maraqlı idi. Keçdiyi yol, yaşadığı çətinliklər bir çox yazıçıya da ilham olmuşdur. Kitabda əsas məzmun bundan ibarətdir ki, Martin İden sevdiyi qızı - Rufun qəlbini qazanmaq üçün özünün matros həyatından vaz keçib ədəbiyyatın dərinliklərini öyrənməyə başlamasıdır. Lakin sona doğru bizə məlum olur ki, oxuduqca və göz açıldıqca zənn etdiyimiz gerçəklər əslində böyük yalanlardan ibarət olur. Açıq danışmaq lazımdırsa, kitabda bəzi hissələr çox uzadılıb və oxumaq üçün insanı yora bilir. Ancaq buna baxmayaraq, çıxara biləcəyimiz dərslərin çoxluğuna görə bu kitab oxunmalıdır.
Bəyənəcəyinizi ümid edirəm :)