Mənim Payım
(Spoi xarekterli cümlə ola bilər)
Əsər maraqlı və axıcı idi.Oxuyucunu hadisələrin içinə çəkməyi bacarırdı.Əsər boyunca fərqli-fərqli düşüncələrə,situasiyalara şahid oluruq.Lakin tək dəyişməyən şey əsl sevgidir.Kaş ki sonu belə bitməsəydi...
"Anam həmişə deyirdi ki,hamının payını ayırıb kənara qoyurlar ki,o payı özü yeyə.Hərdən mənə elə gəlir ki,mənim payım olmayıb.Yeniyetmə vaxtı atama,qardaşlarıma öz payımdan keçməli oldum.Sonra ərimə görə.Mənə ya bir qəhrəman,ya bir vətən xaininin arvadı kimi baxdılar.Sonra savaşçı anası oldum.Bunların heç biri mənim öz payım deyildi.Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu,nə istədiyimi soruşmadı."
Düzdür həyat bəzən bizi istəmədiyimiz situasiyalara salir,bəzən istədiyimiz şeylərə çalışsaq da çata bilmirik,bu əsərdə olduğu kimi.Amma məncə payı kimsə yox,özümüz ayırmalı və yeməliyik.Taleyin isə müəyyən qədər hissəsi bizdən asılı olmasa da,geri qalan hissəsi bizim zəhmətimizə aşiqdir.Sonda Məsumə ilə empatiya edərkən onu günahlandıra bilmirik,eyni zamanda başqa seçim şansı da qəlbimizi sarsmaqdan əlçəkmir...