10/10
·112 syf.··
Beğendi
·
2019 5. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Temmuz 2019 00:00
Balaca şəhzadə və ya Küçük Prens.Bu əsərin əslində ilk dəfə uşaq vaxtı cizgi filminə baxmışdım və çox təsirlənmişdim.Adını unutduğumdan ağlımın bir köşəsində qalmışdı.Böyüyəndə cizgi filmin əslində bir əsər olduğunu bilib çox sevindim və məktəb vaxtı da,universitet vaxtı da (həm türkcə,həm azərbaycan dilində tərcüməsini oxumuşam) oxuyanda hər dəfəsində yeni bir şey kəşf edirəm.Cizgi filmdən biraz fərqlənir xüsusilə də sonu.Çünki yazıçı əsərin sonunda nə olacağını oxuyucunun xəyal aləminə,daxili dünyasına buraxır.Bir sözlə hər kəsə oxumaği tövsiyyə edirəm(eyni zamanda bir bölümlük cizgi filminə baxmağı).Əsasən böyüklərə içindəki uşağı yaşatmağı çox gözəl şəkildə xatırlatdığina,əsər boyunca dərin duyğular yaşatdığına görə yazara təşəkkür edirəm və hər gecə ulduzlara baxarkən bir ulduzu balaca şəhzadəyə(onun gülüşünə)ayırıram.Və son olaraq güllə balaca şəhzadə ayrıldıqdan sonra səhvlərini anlayıb, bir-birinə olan sevgilərini daha yaxşı dərk etdiklərinə görə məncə qoyun gülü yemədi.Hər zaman həyatımızda ümidə yer olsun.Gerçək həyat da isə ayrılıqlar mümkün qədər az olsun... Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015280bin okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.