Gönderi

Qaranlığı lənətlələmək əvəzinə bir şam yandır!
9/10
·224 syf.··
Beğendi
·
2024 14. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Temmuz 2024 22:02
Yerli yazarların kitablarını oxumaq təbiiki vacibdir, həm mentalitetimizi öyrənirik, həm də Azərbaycan dilində bilmədiyimiz, unutduğumuz sözləri öyrənir, şəxsi lüğətimizi və danışıq qabiliyyətimizi zənginləşdiririk. Varis Yolçuyev yaradıcılığının ilk kitabı idi ki, oxuyurdum, bu kitab müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunsa da, əsas diqqət Ayla ilə İsmayılın üzərindədir. Varlı ailədən olan Ayla, imkanı ondan aşağı olan şair ruhlu İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu yazıçı diqqət mərkəzinə çatdırmaq istəsə də, hər birimiz bilirik ki, 10 valideyndən 1 dənəsi kitab oxuyur. Kitab demək olar ki, bu fikir üzərində qurulub "Valideynlər, əgər sevənlərin qovuşmağına icazə verməsəniz onlar sevgiləri uğrunda ölümə gedərlər".Kitabları ancaq gənclər oxuduğu üçün, bu kitabın gənclərə,əsasən də yeniyetmələrə mənfi örnək olduğunu deyə bilərəm. Yeniyetmə sevginin nə olduğunu da bilmir təbiiki. Yeniyetmələrin oxumasının məsləhət olmadığını, yetkin gənclərin oxumağının məsləhət olduğu bir kitabdır. “Sevgiyə görə ölümə gedərəm yox, mübarizə apararam. Sevgi öldürməz yaşadar, dağıdıb məhv etməz, yenidən qurub gözəlləşdirirər”- kitabın əsas devizidir. Həmçinin, kitabda müxtəlif mənbələrdən istifadə olunan sevgiyə aid məsləhətlər, hikmətli sözlər də yer almaqdadır. Uzaqdan Gələn Yağış Varis
Aşk
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018493 okunma
·
85 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.