Çözüm
Salam hər kəsə,
Yerli yazıçıdan bu tip yüksək keyfiyyət içərən kitab görmək həqiqətən sevindirici haldır.
İlk öncə fiziki olaraq kitabın keyfiyyətindən bir neçə kəlmə: səhifələri və üz qabığı olduqca gözəl, mətn dizaynı, içindəki rəsmləri uğurludur ki, şəxsən mənim kitab seçimində önəm verdiyim nüanslardandı.
Kitabın müəllifinə isə ayrı bir əhsən. Az qala hər cümləsində zəhmət sezilir, sadəcə söz yığınından istifadə etməyib, olduqca sadə və anlaşıqlı dildə çox maraqlı və önəmli məlumatları oxucuya çatdırır.
Kitabın mövzusuna gəldikdə isə, əsasən insan və şəxsiyyət tipləri, bu tiplərin əsas və fərqləndirici xüsusiyyətlərindən bəhs edir, fikirlərini olduqca səlis ifadə edə bilib.
Bütün yaş qrupları üçün uyğundur, hər kəsə oxunmasını tövsiyyə edirəm.