Ən Yaxşı "ÖZ"ünü Yarat

Çözüm

Elçin Həna
Tahmini Okuma Süresi:
8 sa. 49 dk.
Sayfa Sayısı:
311
Basım Tarihi:
2024
Yayınevi:
Dastan Yayınları
ISBN:
9789952551112
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Puan vermedi·311 syf.··
2024 225. kitabı
·
12 günde okudu
·
Okunma: 10 Temmuz 2024 20:25
Çözüm Salam hər kəsə, Yerli yazıçıdan bu tip yüksək keyfiyyət içərən kitab görmək həqiqətən sevindirici haldır. İlk öncə fiziki olaraq kitabın keyfiyyətindən bir neçə kəlmə: səhifələri və üz qabığı olduqca gözəl, mətn dizaynı, içindəki rəsmləri uğurludur ki, şəxsən mənim kitab seçimində önəm verdiyim nüanslardandı. Kitabın müəllifinə isə ayrı bir əhsən. Az qala hər cümləsində zəhmət sezilir, sadəcə söz yığınından istifadə etməyib, olduqca sadə və anlaşıqlı dildə çox maraqlı və önəmli məlumatları oxucuya çatdırır. Kitabın mövzusuna gəldikdə isə, əsasən insan və şəxsiyyət tipləri, bu tiplərin əsas və fərqləndirici xüsusiyyətlərindən bəhs edir, fikirlərini olduqca səlis ifadə edə bilib. Bütün yaş qrupları üçün uyğundur, hər kəsə oxunmasını tövsiyyə edirəm.
1K
ÇözümElçin Həna · Dastan Yayınları · 202417 okunma
7/10
·311 syf.··
Beğendi
·
2024 5. kitabı
·
23 günde okudu
·
Okunma: 13 Haziran 2024 00:48
Kitabı təsadüf şəklində sərgilərin birində almışdım. Kitabı almadan öncə nə müəllifi tanıyırdım, nə də kitab haqqında hər hansısa bir bilgim yox idi. Lakin dizaynı və 16 şəxsiyyət tipi haqqında olması diqqətimi çəkmişdi. Ümumi olaraq kitabın faydalı olduğunu, həqiqətən də həyatımıza tətbiq etdiyimiz zaman müəyyən qədər irəli gedə, inkişaf edə biləcəyimizi düşünürəm. Çözümün dili rahat, axıcı idi. Lakin kitabda müəllifin çox sayda bilgiləri qeyd etməsi, biraz insanı təlaşlandırırdı. Çünki bu qədər bilgi çoxluğu və fərqli yönləndirmələr həm çox yaxşı, həm də çox tələşlı idi. Çünki insan bu qədər bilgiyə çata bilməyəcəyini, sanki daim bir şeylər oxumalı olduğunu hiss edirdi. Təbii ki, bu proses hər insanda fərqli cür ola bilər. Çözüm bu günə kimi ən çox qeyd apardığım və ən çox post-it yapışdırdığım kitab oldu. İçində 16 şəxsiyyət tipini tapmaq, onların həyat yolu analizləri və tiplərin çözümləri mövcud idi. Lakin mənə görə kitab 6.hissədə artıq bitirdi. Ümumilikdə bu mövzularla maraqlanan şəxslərə tövsiyə edirəm
1000Kitap
ÇözümElçin Həna · Dastan Yayınları · 202417 okunma
Reklam

Yazar Hakkında

Elçin HənaYazar · 0 kitap
Elçin Həsən 1985-ci ildə Azərbaycanda doğulub. UNEC, Liverpul Universiteti, Xəzər Universiteti və Estoniyanın Tartu Universitetində müvafiq olaraq menecment, təhsilin təşkili və təhsil texnologiyaları üzrə ali təhsil alıb. Oksford Universitetində psixologiya üzrə ixtisasartırma dərsləri alıb. Uzun müddət BP-də, yəni neft sənayesində işləyib. 2015-ci ildən təhsil, karyera, şəxsi inkişaf və münasibətlərlə bağlı təlim və konsultasiya xidmətləri verir. "WOW School" adlı təhsil mərkəzinin təsisçi direktorudur. Startap layihəsi olan TİP - Təkmilləşmiş İxtisaslaşma Proqramı adlı rəqəmsal platformanın qurucusudur. Yay mövsümündə dağ bölgələrində uşaq düşərgələri təşkil edir.