Gönderi

9/10
·136 syf.··
2024 20. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Temmuz 2024 14:19
Kitabın mövzusu olduqca dəyişkən olsa belə, əsas bazis fikir olaraq insanın azad olmaması və kənar təsirlərdən davamlı olaraq asılı olmasıdır. Kitabın mövzusunu dekonstruksiya etsək, olduqca qeyri-məntiqi düşüncələr olduğunun şahidi olacayıq. İlkin olaraq insanın maşınla eyniləşdirilə biləcəyini qeyd edilir və necə ki maşını (makine) düzəltdikdə onun əsası yox olmursa, dəyərli şeylərdən dəyərli maşınlar, dəyərsiz şeylərdən isə dəyərsiz maşınlar düzəldilə biləcəyi fikri irəli sürülür. İnsanın maşınla eyniləşdirilə biləcəyi müdafiə olunmayacaq qədər dayaz yanaşmadır, çünki insanın intuitiv bilikləri və irrasionallığı mövcuddur. İkinci növbədə insanın tamamilə kənar təsirlərdən asılı olması fikri var ki, bu fikir məni həqiqətən olduqca düşündürən mövzulardan biridir. Lakin düşünürəm ki, insanın genetikası da onun sosiallığa olan asılılığı qədər vacibdir, mühümdür. Belə ki, genetik cəhətdən əlverişsiz olan bir iş sosiallıq cəhətdən əlverişli olsa belə baş tutmayacaqdır. Mövzunun çərçivəsini genişləndirmədən bu qeyd etdiyim fakt, insanın tamamilə sosiallıqdan asılı olmadığını, insanın psixobiososial varlıq olduğunu göstərir. Son olaraq isə kitabın düşüncələr silsiləsində irəlilədikcə, xudpəsənd baş personajımız, hər insanın özünə xas vicdanının olduğunu və hər insanın bütün fəaliyyətlərdə ki motivinin yalnız özünə fayda olduğunu qeyd edir. Burada təzad görünsə də, mövzunu biraz daha dərinləşdirib təzadı nümayiş etdirmək istəyirəm. Əsas personajımız qeyd edir ki, bu daxili motiv hər bir fəaliyyətin bazisi olsa da, o bazisi dəyişdirmək olar. Bazis dəyişdirildiyi təqdirdə isə, motiv, cəmiyyət üçün daha xeyirli olan proseslərlə şərtlənə bilər. Lakin burada 2 təzad özü bizə gün kimi aydın olur: ilk növbədə hər şey sosiallıq ilə şərtlənirsə, istər-istəməz insanda sosialıqla şərtlənəcək və qeyd etdiyi motiv öz qüvvəsində qalma iqtidarında olmayacaq. Kitabın ən böyük xətasıda bazis fikrin məhz bu motivinmi yoxsa stimulunmu olduğunu göstərə bilməməsidir. İlk təzadın ən başlıca səbəblərindən biridə budur. İkinci olaraq isə insanın bütün fəaliyyətlərini bir motivə bağlayıb, daha sonra bu motivin dəyişdirə biləcəyini qeyd etmək, məntiq xətasıdır. Mənim üçün xeyirli olan bir şeyi daxilimdəki motiv qərarlaşdırırsa, və bu motiv nəticəsində mən həyatda qalıramsa, vicdanım bu motiv nəticəsində rahatlıq tapırsa, onu dəyişdirməyə nə razı olaram nə də uğurlu olaram. Bunu dəyişdirmək alınsa belə, ilkin fikirlə zidd düşüncələr meydana çıxır - insan maşın -. Əgər bir insan olduğu material ilə şərtlənirsə, o zaman onu necə başqa bir çərçivəyə sala bilərik? Bunun mümkünsüz olduğunu yazar kitabın başında qeyd etsə belə, sonra bu düşüncəyə zidd olan arqumentasiya həyata keçirir. Xülasə olaraq ikinci abzasda qeyd etdiyim fikir - dəyərli və dəyərsiz materiallar - dəyişdirilməyə açıq düşüncə deyil, və bu minvalda da ziddiyyət meydana gəlir. Çünki qeyd edilir ki, dəyərli heç bir zaman dəyərsizləşdirilə, dəyərsizdə eyni şəkildə dəyərli ola bilməz. Qısa dekonstruksiya ilə kitabı dəyərlərləndirsək də, öz dövrünə qədər olan əsas düşüncələrin demək olar ki əsaslarını bu romanda toplayan M.Tven, olduqca uğurlu və maraqlı dildə düşüncələri önümüzə sərmişdir.
1000k
İnsan Nedir?Mark Twain · Dedalus Kitap · 202318,9bin okunma
·
198 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.