·304 syf.··Beğendi
···Okunma: 04 Temmuz 2024 09:22 #momo 8/10
️Michael Ende'nin 1973-cü ildə nəşr olunan "Momo"əsəri təxminən 30 dildən yuxarı tərcümə edilmişdir.Əsər uşaq ədəbiyyatının çox sevilən kitablarının içərisində yerini almışdır.
Böyük bir məmləkətin teatr xarabalığında yaşayan,haradan gəldiyini,ailəsinin kim olduğunu bilməyən hətta yaşını belə bilməyən Momo adlı balaca qızın hekayəsidir.Böyüklərin və kiçiklərin sevgisini qazanan Momo çox yaxşı dinləyicidir,o sadəcə bütün ürəyi ilə dinləyir və bununlada cansıxıcı düyünləri həll edir.Və bir gün hərkəsin zamanın oğrusu adlanan "Duman adamlar"peyda olunur və Momo onlarla mübarizə apararaq məmləkətin sakinlərini xilas etməyə çalışır.