·197 syf.····Okunma: 19 Temmuz 2024 12:20 Bir söhbəti də bitirdim. Bəli , söhbəti . Adətən oxuduğum kitablarla (müəlliflərlə) söhbətləşir onların ya fikirlərini dəstəkləyir ya da təkzib edəcək dəlillər deyirəm . Bu kitabla da olan söhbətimiz bitdi . Kitabın bəzi hissələrində müəlliflə tam razılaşsam da , anlamadığım hissələrdə oldu düzü.
Şahin Həsənli " Haradan başlamalı " kitabı adından göründüyü kimi bir sualın cavabına istiqamətləndirir - insan xoşbəxt , rahat həyat istəyir , bəs o , belə bir həyata haradan başlasın ? Hansı addım , hansı istək ilk gəlməlidir ? İnsan haradan yola çıxmalıdır?
Kitab bu sualın cavabını insana demir , onu tapmaq üçün yollar göstərilir. Xoşbəxt həyatın əsasında dayanan məhəbbət, inam , zəhmət kimi hisslərdən danışılır . Bəzən insan öz istəkləri, hədəfləri arasında qalır, hansı tərəfə getməli olduğunu müəyyən edə bilmir . Əsərdə insanın bu hallarda hansı cəhətlərə diqqət etməli olduğu, hansı nüansları nəzərə almalı olduğu da göstərilir,bir növ insanı yaşamaq üçün motivasiya edir. Lakin yazıçı bu anlayışları özünəməxsus tərzdə izah edir, onlara fərqli məna qatır . Məhəbbət , istək, eşq , çətinlik ,yorğunluq , uğur , kədər və s. fərqli şəkildə izah olunur. Eyni zamanda insanlar üçün həyatın maraqsızlaşmasının , insan həyatının sönükləşməsinin də səbəbləri fərqli ,daha dərin şəkildə - mənəvi səbəblərlə izah olunur. Yazıçı bir növ, insanı dayanmağa , həyatına, yaşadığı dünyaya kənardan baxmağa sövq edir.
Bəlkə də , getdiyin yolda çox uğur əldə etmisən . Amma əldə etdiklərini uğur adlandırmaq olar ?! Səncə , doğrudan da , əlindəkilər xoşbəxtlik üçün yetərlidir?!
Alıntılar:
Dərdimi kimə deyim -
Qardaş nadürüstsə, dost amansızsa?!
Dərdimi kimə deyim -
Qəlblər tamahkarsa, hamı insafsızsa?!
Dərdimi kimə deyim -
Yamanlar əzizsə, yaxşılar dəyərsizsə?!
İstənilən qul azadlığı yox, qul sahini olmağı arzulayır.
Nə özünü düzəldən var , nə də başqasına düzəlmək imkanı verən .
Qərbli insan övlad sahibi olmur ki, birdən onun yolunda nəyindənsə keçməli olar . Şərqli insan isə övlad sahibi olmağa can atır ki, gələcəkdə ona bir yük olsun.
Ona görə də nə qədər ki sağıq- hələ gec deyil.