Haradan Başlamalı

Hacı Şahin
Basım Tarihi:
Temmuz 2020
Yayınevi:
Parlaq İmzalar - İrşad Nəşriyyat
ISBN:
9789952525670
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·250 syf.··
2024 56. kitabı
@hacışahinhəsənli vefatından yaklaşık bir yıl sora tanımam benim için büyük bir hüzün içersede sohbetleri islama ve yaşam felsefesine perspektif bakışı kişiye büyük bir haz kattığına inanıyorum bana kattığın bilgi topluluğu için teşekkür güzel adam
Haradan BaşlamalıHacı Şahin · Parlaq İmzalar - İrşad Nəşriyyat · 202068 okunma
Haradan başlamalı?
8/10
·197 syf.··
2024 10. kitabı
·
71 günde okudu
·
Okunma: 19 Temmuz 2024 12:20
Bir söhbəti də bitirdim. Bəli , söhbəti . Adətən oxuduğum kitablarla (müəlliflərlə) söhbətləşir onların ya fikirlərini dəstəkləyir ya da təkzib edəcək dəlillər deyirəm . Bu kitabla da olan söhbətimiz bitdi . Kitabın bəzi hissələrində müəlliflə tam razılaşsam da , anlamadığım hissələrdə oldu düzü. Şahin Həsənli " Haradan başlamalı " kitabı adından göründüyü kimi bir sualın cavabına istiqamətləndirir - insan xoşbəxt , rahat həyat istəyir , bəs o , belə bir həyata haradan başlasın ? Hansı addım , hansı istək ilk gəlməlidir ? İnsan haradan yola çıxmalıdır? Kitab bu sualın cavabını insana demir , onu tapmaq üçün yollar göstərilir. Xoşbəxt həyatın əsasında dayanan məhəbbət, inam , zəhmət kimi hisslərdən danışılır . Bəzən insan öz istəkləri, hədəfləri arasında qalır, hansı tərəfə getməli olduğunu müəyyən edə bilmir . Əsərdə insanın bu hallarda hansı cəhətlərə diqqət etməli olduğu, hansı nüansları nəzərə almalı olduğu da göstərilir,bir növ insanı yaşamaq üçün motivasiya edir. Lakin yazıçı bu anlayışları özünəməxsus tərzdə izah edir, onlara fərqli məna qatır . Məhəbbət , istək, eşq , çətinlik ,yorğunluq , uğur , kədər və s. fərqli şəkildə izah olunur. Eyni zamanda insanlar üçün həyatın maraqsızlaşmasının , insan həyatının sönükləşməsinin də səbəbləri fərqli ,daha dərin şəkildə - mənəvi səbəblərlə izah olunur. Yazıçı bir növ, insanı dayanmağa , həyatına, yaşadığı dünyaya kənardan baxmağa sövq edir. Bəlkə də , getdiyin yolda çox uğur əldə etmisən . Amma əldə etdiklərini uğur adlandırmaq olar ?! Səncə , doğrudan da , əlindəkilər xoşbəxtlik üçün yetərlidir?! Alıntılar: Dərdimi kimə deyim - Qardaş nadürüstsə, dost amansızsa?! Dərdimi kimə deyim - Qəlblər tamahkarsa, hamı insafsızsa?! Dərdimi kimə deyim - Yamanlar əzizsə, yaxşılar dəyərsizsə?! İstənilən qul azadlığı yox, qul
Haradan BaşlamalıHacı Şahin · Parlaq İmzalar - İrşad Nəşriyyat · 202068 okunma
10/10
·250 syf.··
Beğendi
·
2021 14. kitabı
"Müasir insan nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona daha praktik, sadə və konkret yol lazımdır. Hacı Şahin qələmə aldığı bu kitabda usanmış insana həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir." "Biz haradayıq?", "nə istəyirik?" suallarına cavab tapmaqda bu kitab bizə çox kömək edir. Yəqin ki, bu sualları özümüzə verdiyimiz zamanlar olur. Daxili böhranımızdan necə qurtula bilərik? Haradan başlamayıq? deyirsinizsə, Hacı Şahinin bu kitabını oxuya, əlavə olaraq da xütbələrini dinləyə bilərsiniz
Din
Haradan BaşlamalıHacı Şahin · Parlaq İmzalar - İrşad Nəşriyyat · 202068 okunma
Reklam

Yazar Hakkında

Hacı ŞahinYazar · 3 kitap
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə ərazisində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilirdi. Dörd övlad atası idi. 2 mart 2023-cü il tarində dünyasını dəyişib. Dini fəaliyyəti Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaat olub. Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illər Həcc və Ərəfə karvanlarına rəhbərlik edib, zəvvarlara xidmət göstərib. İctimai fəaliyyəti 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.