6/10
·80 syf.··
2024 7. kitabı
Tez bir zamanda dinlədiyim bu kitab gözümdə serial ya da film kimi canlanırdı. Bitirdikdə ağlımda bir cümlə fırlanırdı: İnsanlar fürsətlərin gəlməyini gözləyər, fürsətlər də insanların, insanlar gözləyər, fürsətlər gözləyər, qalib gələn isə hər zaman bəhanələr olar. Eynilə bu kitabdakı kimi... İki fərqli qütb, uşaqlıqdan aradakı uçurum hiss olunmasa belə, böyüdükcə hər an qabarıq şəkildə nəzərə çarpır, varlının uğruna fəda edilən kasıb və bəhanələr, bəhanələr, bahanələr... Bir qadının həyatının başqa bir qadın - evin xanımı uğruna heçə sayılması və ən əsası da qadının bunu anlayaraq illərini ucu görünən bir ümid pərdəsi üçün fəda etməsi və sonda zamanın hesablaşmaz üzü ilə qarşı-qarşıya qalması kitabın əsas xəttini təşkil etsə də, ümumilikdə, buradan çox dərs çıxarmaq olar. Ən əsası odur ki, çox zaman insanlar öz mənafeləri uğruna mələk cildinə girmiş ilandan fərqsizdirlər. Aldanıb gələcəyinizi onlarin iki dodağının arasına məhkum etməyin!
Hayata Dair
Ferhunde KalfaHalid Ziya Uşaklıgil · Akvaryum Yayınevi · 0480 okunma
·
96 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.