Bir soyuq baxış, ya da hiss. Sən mənsiz, mən sənsiz…
Puan vermedi·224 syf.··
2024 40. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2024 00:54
İnsanlardan geriyə nə qalır? Bir soyuq baxış? Bir acı söz? Gözyaşı dolu xatirələr? Xoş sözlər? Uzun illər keçsə belə əbədiliyini qoruyub saxlayacaq özəl anlar? Bəlkə də, illər keçdikcə sadəcə onu tanıdığımız ay qalır. Həyatımıza gəldiyi, gəlişi ilə çiçəklər açdırdığı ayı o gedəndən sonra üşüyərək xatırlayırıq. Üşüyən duyğularımız, qırılan qəlbimiz olur… “Səndən qalan noyabr” Dilşad Talıbovanın oxuduğum ilk kitabı idi. Bir neçə il əvvəl adını görəndə diqqətimi çəkmişdi. Sonra sərgidə görəndə yenidən xatırladım və alıb oxumalıyam dedim. Əsər çox sadə dillə, axıcı üslubda yazılıb. Universitet tələbəsi olan Təhmasibin ailə həyatı qurub ayrılmış, bir övladı olan Nərmini sevməsiylə hadisələr cərəyan edir. Sevməsi? Məgər bu sevgi idi, yoxsa ailəsində axtarıb tapa bilmədiyi qayğını, isti ailə ocağını, xoş münasibəti sevgi sanmaq idi? Niyə valideynlər öz yaşaya bilmədikləri həyatın günahını, yükünü övladlarının çiyninə yükləyirlər… O həyat özlərinə aidmiş kimi davranıb daha neçə insanın gələcəyini dəyişirlər.. Nərmin isə öz xoşbəxtliyini qurban verməkdə əvəzsiz idi. Bu xaos dolu hekayənin içərisində Əli isə dostuna olan “sevgisi”, sadiqliyi, mərhəməti, həyata baxışı və davranışları ilə hamıdan seçilirdi. Gecikmək!- İnsan öz xoşbəxtliyinə gecikə bilərmi? Məncə insanlar öz xoşbəxtliyinə tələsir. Ani verilən qərarlar, düşünülmədən atılan addımlar, valideyn basqısı ilə qurulan həyatlar insan həyatı dərk edib “Mənim istədiyim yaşam bu idimi?” deyə düşündüyü yaşa gələndə dağılmağa məhkum olur. Biz həyatı yaşayıb bitirməyə tələsirik deyə xoş günlərə gecikirik! Xoş mütaliələr.
Edebiyat
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 0154 okunma
·
216 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.