·248 syf.····Okunma: 22 Temmuz 2024 13:07 Naiq Babayev " Kor nöqtə "
Romanda hadisələr natamam ailədə böyüyən, yanlış tərbiyənin qurbanı olan məktəblinin ətrafında cərəyan edir . Şahmar- öz dünyası qaranlığa qərq olduğu üçün bütün dünyaya nifrət, kin bəsləyən məktəbli. Ətrafında onu bu kindən xilas edəcək insanlar var : baba, nənə və məktəb . Lakin baba - nənənin yanlış münasibəti, məktəbdəkilərin laqeydliyi buna mane olur. Şahmarın içindəki nifrət isə onu gündən-günə daha çıxılmaz yollara aparır. Və belə bir anda onu dəyişdirməyə çalışan isə Firuz-məktəblinin dostu olur . Onun cəhdləri öz həyatını belə təhlükəyə atsa da , Firuz təslim olmur. Əsərdə hadisələrin gedişi gözlənilməz olur : Şahmarın dəyişəcəyini gözləyən oxucu onun fərqli əməlləri ilə üzləşir . Şahmarın ailəsi , onların yanlış tərbiyəsi , ətrafdakıların Şahmara münasibəti , düşdüyü çirkab dolu mühit idi- Şahmarın həyatındakı KOR NÖQTƏ. Romanda obrazların gələcək həyatı haqda dəqiq məlumat verilmir - yazıçı bunu oxucunun təxəyyülünə buraxır
Əsərdə digər məsələr- əfqanlar, onların çətin vəziyyəti və bir sıra məktəb problemləri- təchizat , məsuliyyətsizlik və s. öz əksini tapır.
Gələk əsərin dilinə:
Əsərdə çoxlu sayda vulqarizimlərdən istifadə olunub . Biz bunlara Şahmarın dilində , düşüncələrində rast gəlirik. Ən pisi də budur ki , bu dil heç də cəmiyyətimizə yad dil deyil -kitablardan uzaq düşən məktəblilər və gənclər doğrudan da məhz bu dildə danışırlar . Buna görə də yazıçıya irad tutub "bədii əsərdə bu qədər vulqarizmə nə ehtiyac var ?" deyə bilmirsən. Həmçinin, əsərdə hikmətli ifadələr və yer alan aforizmlər əsərin dilinin ağırlığının qarşısını alır, əsərə fərqlilik qatır.
Alıntılar:
İnsan gərək vaxtın qədrini bilsin.
Özünə nifrət dərəcəylə ölçülsə, günəşin istiliyini göstərərdi.
Bilirsən, hər uşaq kədəri başqa cür yaşayır.
Valideyn olmaq, ana olmaq uşağı dünyaya gətirmək deyil. Ömrünü ona sərf etməkdi .
Həmin dillərdə ərəb, fars, arabir türkcə sözlər işlədilird, amma onların danışığı hamısından qəmgin idi .