Əzizə Cəfərzadə yazardan oxuduğum ilk roman idi. Romanın dili sadə və axıcıdır. Müəllif qələmi güclüdür. Bəzi obrazlarda bu gücü hiss etmək olur. Mənim romanda ən çox xoşuma gələn hadisələr Aytəkin, Sultanım xanım kimi Azərbaycan qadınlarını güclü, vətənpərvər ruhda göstərməkdir. Ümumiyyətlə roman tarixi-roman janrında yazılan əsərlərdən seçilir. Bu isə müəllifin qələminin gücünü göstərir.