·80 syf.··Beğendi
···Okunma: 24 Temmuz 2024 12:48 Həyatda önəmsiz şeylərin arxasınca qaçarkən bizə lazım olanları, dəyərli olan şeyləri unuduruq . Əslində həyat çox sadədir, onu biz mürəkkəbləşdiririk. Daha çoxunun ardınca qaçaraq , kiçik məsələləri böyüdərək , sevgini , qayğıkeşliyi qəddarlıqla əvəzləyərək həm ətrafımızdakı varlıqların , həm də öz həyatımızı qəlizləşdiririk. Kitab məhz bu problem üzərində dayanır.
"İnsan neyle yaşar?" kitabı qısa ibrətamiz hekayələrdən ibarətdir. Hekayələrdə insanların uzun illər boyu düşünüb cavabını tapmağa çalışdığı , hətta əksərən , bütün həyatları boyunca cavab tapa bilmədikləri sualların cavabları əks olunub . Hekayələri oxuduqca "İnsan nə ilə yaşar ?" , "nəyin uğrunda yaşayır ?", " xoşbəxtliyin sirri nədədir?" və s. kimi sualların cavabını görürsən . Kitab kiçik bir kitab olsa da , böyük dəyərə və insan üzərində uzunmüddətli təsirə malikdir. Hər kəsə oxumağı tövsiyə edirəm . Bu həyatı daha hüzurlu , daha xoşbəxt yaşamaq istəyən hər kəsin oxumalı olduğu bir kitabdır.