Kitab oxumağa ilk dəfə 2015 ci ildə Elxan Elatlı "Ələkeçməz Yaquar" kitabı ilə başlamışdım və çox sevirdim. Dedektif janr sevirəm axıcı olduğu üçün yazarın qələmini sevirdim. Zaman keçdikcə kitablarda bir çox sevmədiyim nüanslar oldu və soyumağa başladım. Soyumağıma ən böyük səbəb isə "Qanunsuz Əməliyyat" kitabı oldu. Uzun sözün qısası bir neçə il idi yazardan heçnə oxumurdum. Bu il yazarın Sumqayıtda imzası oldu ora qatıldım imza sonrası bir şans daha verim deyib "Susan Qadın" kitabını aldım. Elxan müəllim bu səfər kişi xəyanətindən bəhs etmişdi. Kitabdakı fikirlər və yaşadığımız dövrün acı həqiqətləri çox gözəl işlənmişdi. Cəmiyyətin qadınlara dayatdıqları çəkdikləri əziyyət insanın gözü ilə görüb qulaqı ilə eşitdiyinin yanında oxumaq daha da təsirli olur. Ancaq yenə yenidən sevmədiyim nüanslar çox idi.