Puan vermedi·488 syf.····Okunma: 23 Temmuz 2024 06:48 Sarkazm və yumoru sevirəm. Bu iki yoldaşın əsas bir şərti var: Altda yatan mənanı anlamaq. Yəni, edilən yumorda ötürülmək istənilən mənanı anlamasaq, onun heç bir mənası qalmır. Gülünməyən zarafata çevrilir.
Bu kitabda da eyni situasiyanı yaşadım mən. Bəlkə də kitabın yazıldığı dövrdə həmin cəmiyyətdə olsaydım, qat-qat maraqlı gələrdi kitab. Çünki, istifadə edilən sarkazmlar həmin dövrün Rusiyasına aiddir. Kitabda çoxsaylı (təxminən, 80 səhifə) izahların olması da bu səbəbdəndir ki, oxucu mənanı anlaya bilsin. Amma bunun özü də oxunma prosesini yorucu edir. Mütləq şəkildə bir barmaq izahlar olan səhifədə olmalıdır.
Ümumi kitabın ötürmək istədiyi mesaj isə insanların pul üstündə nələr edə biləcəyidir. Ostap personajının hər vəziyyətə çıxış yolu tapması, həmçinin İppolitin sonda etdiyi hərəkət buna nümunə ola bilər.
Nəşrin keyfiyyətinə və tərcümə, redaktə məsələlərinə gəldikdə onu qeyd etmək lazımdır ki, "Teas press" şriftlərin ölçüsünə yenə diqqət etməyib. Bunu bir az böyük etsələr, bizim gözlərimiz də gizlənqaç oynamaz kitabla. Redaktə və korrektə ümumi normal idi, bir neçə yerdə xırda səhvlər gözümə dəydi, amma kitabın nəşri köhnə olduğu üçün qeydiyyatını aparmadım. Ümid edirəm, indiyə kimi düzəlmiş olar.