·180 syf.····Okunma: 25 Temmuz 2024 18:34 Əsərin mənə görə ən təsirli hissəsi Nəmidənin sevgiyə hörməti və yenə də o sevginin uşaq ruhlu Nəmidəni bir anda olğunlaşdırması oldu. Naili sevməsinə rəğmən onların səadətinə mane olmadı. Bu arada, əsər “Aşk-ı memnu”nun bir növ fraqmenti idi. Əsəri oxuyanlar bu fikrimə haqq verəcək. Spoiler !!! Halit Ziya Uşaklıgil’in ikinci romanıdır. Klassik sevgi üçbucağı. Nəmidə dünyaya gələndə anasını itirmiş və zəif doğulmuşdur. 17 yaşına qədər həkim nəzarətində olmuşdur. Nail - əmisi oğlu ilə birgə böyüyən Nəmidə uşaqlığından ona aşiqdir. Lakin bu iki gəncin arasında Nahid (Nailin xalası qızı) vardır. Qızının səadətini düşünən ata Şövkət bəy onu Naillə nişanlayır. Lakin sonrasında Naillə Nahidin bir-birini sevdiyini anlayan Nəmidə onların arasından çəkilir. Bu iztirab onun ölümünə səbəb olur…