Gönderi

10/10
·712 syf.··
2024 4. kitabı
·
201 günde okudu
·
Okunma: 25 Temmuz 2024 22:49
Bilim kurgu-fantastik janrda çox oxumasam da, əlimdən yerə qoymaq istəmədiyim kitablardan oldu. Düzü Dune serisini davam edib etməmək mövzusunda bir qədər qərarsızam ancaq ilk kitab elə bir təsir bağışladı ki, digər kitabları da oxumaq istəyi yaratdı. Mövzusuna görə səhifə sayının çoxluğu isə insanı heç yormur, hadisələr axıcı şəkildə davam edir. Filmini ilk dəfə izlədiyimdə hələ kitabı ilə tanış deyildim və bir o qədər anlamamışdım söhbətin nədən getdiyini və məni özünə cəlb etməmişdi. Kitabını oxuduqdan sonra hər şey dəyişdi üstünə bir də filmi izlədikdə isə hər şey tam yerinə oturdu. Fikrimcə kitabı oxuduqdan sonra filmi izləmək baş verənləri və incə detalları analamaqda daha yaxşı olacaq. Ps: kitabın arxasında lüğətin və xəritənin olması kitabın ən sevdiyim yanlarından biri oldu. Oxuyarkən lüğətdən istifadə etmək çox yardımcı olacaq. Bir sözlə bu kitabı oxuyun və oxutdurun. Xoş mütaliələr!
1000Kitap
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
·
46 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.