Puan vermedi·328 syf.····Okunma: 27 Temmuz 2024 00:00 Tarix, müharibə, sevgi qoxan bir əsər.
Suadanın, ümumiyyətlə, bosniyalı insanların yaşadıqları çox can acıdıcı. Kitabı oxuduqca gözyaşım sel oldu. Oxuduqca Xocalı soyqırımı haqqında oxuduqlarımı xatırladım. ermənilər Azərbaycanlıları, serblər isə Boşnakları müsəlman olduqları üçün qətlə yetirdilər, ağlasığmaz cinayətlər etdilər. Hələ türk olduqları üçün soyqırım törətdilər. Halbuki, Boşnaklar türk deyil, Avropa kökənli xalqdır.
Müharibələr siyasət adamlarının oynadığı bir oyundur. Əziyyət çəkən isə hər zaman sivil xalq olur. Bu dünyada tarixin hər səhifəsində çox ədalətsizliklər olub və olmağa da davam edir, çox heyif...